son dəqiqə SON DƏQİQƏ
Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı "Sabah" "Yuventus"a məğlub olub U-17 Dünya Çempionatı: Təsnifat mərhələsinin görüşləri başa çatıb Milli komanda Fransaya yollanıb II Liqa klubundan yeni transfer Muradın və Mahirin komandaları əsas raundun bir addımlığında "Marafon"dan daha bir transfer "Qarabağ" azarkeşlərinin "Böyük Dəbilqə" turnirində iştirak edəcək idmançılarımız müəyyənləşib Niderland Belçika ilə üz-üzə, Portuqaliya Rumıniyaya qarşı Günün oyunları: UEFA Avropa Liqasında pley-offun cavab oyunları keçirilir - UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkü atılır - Konfrans Liqası: "Qarabağ" bu gün pley-off matçına çıxır - ÇL: "Fənərbağça" 18 ildən sonra əsas mərhələdə - “Yuventus”un qapıçısı B Seriyasında Millimiz Belçikaya məğlub oldu Yeni klubu bəlli oldu “Sabah” Litva klubuna uduzub Vətəninə qayıtdı Əfsanəvi “1 nömrə” – Sergey Kramarenko Portuqaliya Bakıdakı ilk qələbəsini qazandı

Füzuli Məmmədov: “Qələbələrin davamını gözləyirəm”

Bölmə adı Premyer Liqa
Yayımlandı 18-04-2026, 19:32

Misli Premyer Liqasının XXVIII turunun “Karvan-Yevlax” – “Şamaxı” oyunundan (1:0) sonra meydan sahibi komandanın baş məşqçisi Füzuli Məmmədov jurnalistlərin suallarını cavablandırıb.


Sport1.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib:


“Çətin oyun olacağını bilirdik. “Şamaxı” çempionatın ən möhkəm komandasıdır. Xüsusilə, standart vəziyyətlərdə yaxşı oynayırlar. Gərgin matç keçdi. Yaxşı hazırlaşmışdıq. Uşaqlar tapşırıqları maksimum yerinə yetirdilər. Futbolçularım mərdlik göstərdilər, onlara təşəkkür edirəm. Bu gün meydanda çox əzmkar oynadılar”.


– Bu qələbə növbəti oyunlara motivasiya baxımından necə təsir edəcək?

– Əlbəttə, yaxşı təsiri olacaq. Futbolçularda inam yaranıb. Məşqlərdə bunu hiss edirəm. Qarşıdakı oyunlarda da qələbə qazanmaq istəyirik.

– Kayl Spensin yoxluğu nə ilə bağlı idi?
– Zədəsi var idi. Tək o deyil, bir-iki oyunçumuz da iynə ilə oynadılar.

– Son iki matçda nəyi dəyişmisiniz ki, qələbələr gəlir?
-Bundan öncəki oyunlarda da yaxşı oynamışıq. Sadəcə son iki matçda komanda sanki yumruğa çevrilib. Qələbələrin davamını gözləyirəm.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR