son dəqiqə SON DƏQİQƏ
Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı "Sabah" "Yuventus"a məğlub olub U-17 Dünya Çempionatı: Təsnifat mərhələsinin görüşləri başa çatıb Milli komanda Fransaya yollanıb II Liqa klubundan yeni transfer Muradın və Mahirin komandaları əsas raundun bir addımlığında "Marafon"dan daha bir transfer "Qarabağ" azarkeşlərinin "Böyük Dəbilqə" turnirində iştirak edəcək idmançılarımız müəyyənləşib Niderland Belçika ilə üz-üzə, Portuqaliya Rumıniyaya qarşı Günün oyunları: UEFA Avropa Liqasında pley-offun cavab oyunları keçirilir - UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkü atılır - Konfrans Liqası: "Qarabağ" bu gün pley-off matçına çıxır - ÇL: "Fənərbağça" 18 ildən sonra əsas mərhələdə - “Yuventus”un qapıçısı B Seriyasında Millimiz Belçikaya məğlub oldu Yeni klubu bəlli oldu “Sabah” Litva klubuna uduzub Vətəninə qayıtdı Əfsanəvi “1 nömrə” – Sergey Kramarenko Portuqaliya Bakıdakı ilk qələbəsini qazandı İngiltərədə klubunu dəyişdi

Andrey Demçenko: “Tam şəkildə məsuliyyəti üzərimə götürürəm”

Bölmə adı Futbol / Premyer Liqa
Yayımlandı 17-04-2026, 20:03

"Araz-Naxçıvan" Misli Premyer Liqasının XXVIII turu çərçivsində "SOCAR Polymer Arena"da "Turan Tovuz"a 0:3 hesabı ilə uduzub.


Sport1.az xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Andrey Demçenko matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:


“Oyundan əvvəl desəydilər ki, 0:3 hesabı ilə məğlub olacağıq, buna inanmazdım. Birinci hissədə oyunumuz alınırdı. Qol şanslarımız oldu, amma yararlana bilmədik. İkinci yarıda da yaxşı imkanlarımız oldu. Futbolda qızıl qayda var, qol vurmasan, sənə qol vuracaqlar. 90 dəqiqə ərzində oyuna köklənməni saxlamaq lazımdır. Oyunun sonlarında bizdə alınmadı və uduzduq. Son saniyəyə kimi döyüşməlisən”.


- Məğlubiyyətə görə məsuliyyət futbolçuların üzərindədir? Özünüzdə günah görmürsüz?

- Heç kim demir ki, günahkar futbolçulardır. İlk növbədə baş məşqçi günahkardır. Deməli mən qalib gəlmək üçün lazım olan işi görməmişəm. Tam şəkildə məsuliyyəti üzərimə götürürəm.


- Bu məğlubiyyətdən sonra avrokubok hədəflərinin tam bitdiyini demək olar?

- Məqsədimiz var. Sona qədər mübarizə aparmaq lazımdır. Rəqiblərimizin də öz aralarında oyunları olacaq. Şansımızın tam bitdiyini deməzdim.


- "Araz-Naxçıvan" ilk 6-lıqda yer alan komandaları məğlub edə bilmir. Bunun səbəbi nədir?

- Yəqin ki, müdafiədən hücuma keçiddə çətinliyimiz var. Buna görə lazım olan nəticəni ala bilmirik. Oyunçuları müasir futbola keçirməyə çalışırıq. Top saxlamaq, pressinq etmək... Bütün komandanın bu rejimdə çalışması vacibdir. Əgər bir futbolçuda düşüş olursa, bu, bütün komandaya təsir edir. Sistemə kimsə daha tez, kimsə çətin uyğunlaşır. Hər çeyə baş məşqçi qərar verir. Bütün məsuliyyət mənim üzərimdədir.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR