
ÇFR “Fənərbaxça”nın sabiq hücumçusu İslam Slimani ilə yollarını ayırıb.
Sport1.az xəbər verir ki, bu barədə Rumıniya klubunun mətbuat xidməti məlumat yayıb.
Əlcəzair millisinin sabiq üzvü ilə yayda başa çatmalı olan müqaviləyə qarşılıqlı razılıq əsasında vaxtından əvvəl xitam verilib.
Qeyd edək ki, İslam Slimani mövsümün əvvəlində ÇFR-yə qoşulmuşdu. 37 yaşlı forvard Kluj təmsilçisinin heyətində meydana çıxdığı 16 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli futbolçu karyerası ərzində "Sportinq", "Lester Siti", "Monako", "Lion", "Brest", "Koritiba" kimi klubların formasını geyinib.