son dəqiqə SON DƏQİQƏ
Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı "Sabah" "Yuventus"a məğlub olub U-17 Dünya Çempionatı: Təsnifat mərhələsinin görüşləri başa çatıb Milli komanda Fransaya yollanıb II Liqa klubundan yeni transfer Muradın və Mahirin komandaları əsas raundun bir addımlığında "Marafon"dan daha bir transfer "Qarabağ" azarkeşlərinin "Böyük Dəbilqə" turnirində iştirak edəcək idmançılarımız müəyyənləşib Niderland Belçika ilə üz-üzə, Portuqaliya Rumıniyaya qarşı Günün oyunları: UEFA Avropa Liqasında pley-offun cavab oyunları keçirilir - UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkü atılır - Konfrans Liqası: "Qarabağ" bu gün pley-off matçına çıxır - ÇL: "Fənərbağça" 18 ildən sonra əsas mərhələdə - “Yuventus”un qapıçısı B Seriyasında Millimiz Belçikaya məğlub oldu Yeni klubu bəlli oldu “Sabah” Litva klubuna uduzub Vətəninə qayıtdı Əfsanəvi “1 nömrə” – Sergey Kramarenko Portuqaliya Bakıdakı ilk qələbəsini qazandı

Riçard Almeyda: “Qarabağ” mənim üçün sadəcə klub deyildi"

Bölmə adı Futbol / Azərbaycan
Yayımlandı 14-04-2026, 10:14

“Qarabağ”ın sabiq futbolçusu Riçard Almeyda Ağdam klubundakı karyerasını xatırlayıb.


Sport1.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi ölkəsinin “Metropoles” nəşrinə açıqlamasında bunları deyib:


“Əməyin qiymətləndirilməsi çox xoş hissdir. Demək olar ki, 14 ilə yaxın “Qarabağ”da çıxış etdim. Bunun təxminən 10 il yarımında əsas heyətin dəyişməz üzvü oldum. Digər illərdə isə həm əsas, həm də ehtiyat oyunçu kimi komandaya fayda verməyə çalışdım. Baş məşqçinin etimadını hər zaman hiss edirdim. Klubda təkcə meydanda yox, meydandan kənarda da lider idim. Oynamadığım vaxtlarda belə komandaya dəstək olur, xüsusilə paltardəyişmə otağında ruh yüksəkliyi yaradırdım”.


Almeyda “Qarabağ”da çıxış etməyin onun üçün xüsusi əhəmiyyət daşıdığını da vurğulayıb:


“Futbol belədir – zəhmət çəkirsən və qarşılığını alırsan. Allaha şükür ki, çox çalışdım və hər şey yaxşı alındı. Bu hiss sözlə ifadə olunmayacaq qədər gözəldir. Uşaq vaxtı Çempionlar Liqasına baxanda atama deyirdim ki, bir gün orada oynamaq istəyirəm. Şükürlər olsun ki, buna nail oldum. Qrup mərhələsində çıxış etdim. Bundan əvvəl isə dəfələrlə pley-off oynadıq və bir neçə dəfə buna çox yaxın olduq”.


Qeyd edək ki, Riçard Almeyda 2012-2018, 2019 və 2021-2025-ci illərdə “Qarabağ”ın formasını geyinib. O, bu müddətdə 376 oyunda 64 qol vurub. Azərbaycan millisində isə 2017-2023-cü illərdə 31 matçda 3 qolla yadda qalıb. Təcrübəli futbolçu 2026-cı ilin martında Braziliyanın D Seriyasında çıxış edən “XV de Piraçiçaba” klubuna transfer olunub.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR