son dəqiqə SON DƏQİQƏ
Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı "Sabah" "Yuventus"a məğlub olub U-17 Dünya Çempionatı: Təsnifat mərhələsinin görüşləri başa çatıb Milli komanda Fransaya yollanıb II Liqa klubundan yeni transfer Muradın və Mahirin komandaları əsas raundun bir addımlığında "Marafon"dan daha bir transfer "Qarabağ" azarkeşlərinin "Böyük Dəbilqə" turnirində iştirak edəcək idmançılarımız müəyyənləşib Niderland Belçika ilə üz-üzə, Portuqaliya Rumıniyaya qarşı Günün oyunları: UEFA Avropa Liqasında pley-offun cavab oyunları keçirilir - UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkü atılır - Konfrans Liqası: "Qarabağ" bu gün pley-off matçına çıxır - ÇL: "Fənərbağça" 18 ildən sonra əsas mərhələdə - “Yuventus”un qapıçısı B Seriyasında Millimiz Belçikaya məğlub oldu Yeni klubu bəlli oldu “Sabah” Litva klubuna uduzub Vətəninə qayıtdı Əfsanəvi “1 nömrə” – Sergey Kramarenko Portuqaliya Bakıdakı ilk qələbəsini qazandı

Ozobiç Premyer Liqada yeni rekord müəyyənləşdirdi

Bölmə adı Futbol / Premyer Liqa
Yayımlandı 13-04-2026, 12:14

Filip Ozobiç Azərbaycan çempionatları tarixinin rekorduna imza atıb.


Sport1.az xəbər verir ki, o, 1992-ci ildən keçirilən turnirin tarixində ən çox qol vuran legioner və ya çempionatda legioner kimi debüt edib sonradan Azərbaycan vətəndaşlığı alanlar arasında ən yaxşı bombardir olub.


Hazırda “Turan Tovuz”un formasını geyinən Xorvatiya əssilli yarımmüdafiəçi bunu 72-ci qolunu vurmaqla gerçəkləşdirib. O, Misli Premyer Liqasının XXVII turunun “Sumqayıt”la ev görüşündə (2:1) fərqlənib.


72-ci qolunu 225-ci matçında vuran Ozobiç Azərbaycan millisinin formasını geyinmiş gürcüstanlı Badri Kvaratsxeliyanın rekordunu geridə qoyub. “Kəpəz” və “Şəmkir”də oynamış forvard 132 matçda 71 qola imza atıb.


Filip Premyer Liqada 4 klubda çıxış edib. İndiki komandasında 26 oyunda 6 qola sevinən futbolçu bunadək “Qəbələ” (46 oyunda 16 qol), “Qarabağ” (95 oyunda 35 qol )və “Neftçi”nin (58 oyunda 15 qol) uğurları üçün çalışıb.


Qeyd edək ki, Premyer Liqada 2016/17 mövsümündə debüt edən yarımmüdafiəçi “Qəbələ”də vurduğu 11 qolla həmin çempionatın bombardiri adına şərik olub.







Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR