son dəqiqə SON DƏQİQƏ
"İmişli" Dekonu transfer edib Azərbaycan II Liqası: 1-ci turun oyun cədvəli açıqlanıb Avropa Liqası: Əsas mərhələnin püşkatma mərasimi keçirilib Zamiqin komandasının rəqibləri müəyyənləşib - Murad Məmmədovun komandasının əsas raunddakı rəqibləri bəlli olub "Sabah"ın məğlub etdiyi komanda AL-da Türkiyə nəhənginə rəqib oldu "Neftçi"nin yetirməsi "Şəmkir"də Cüdoçularımızdan uğursuz start Lazımsız yerdə tələsən AFFA Fransadakı beynəlxalq turnirdə üç idmançı Azərbaycanı təmsil edəcək Turun mərkəzi qarşılaşmasının hakim təyinatları açıqlanıb "Gəncə"də daha bir legioner "Koreya Səfiri Kuboku" keçiriləcək KL: Əsas mərhələdə Muradın komandasının rəqibləri bəlli olur Qavalayaq! UEFA Avropa Liqasının əsas mərhələsinin püşkatması olacaq Cüdoçularımız Sarayevodakı beynəlxalq turnirdə iştirak edəcəklər Azərbaycan çempionu heyətinə daha bir oyunçu cəlb edib Polşalılar Puxaçı "Sabah"a keçdiyi üçün təhqir edib - "Böyük Dəbilqə": Cüdoçularımız bu gün mübarizəyə start verirlər I Liqa klubunda legioner hücumçu "Sumqayıt"ın ənənəvi Yay Futbol Düşərgəsinə start verilib - AÇ: Yığmamız sonuncu oyuna çıxır Günün oyunları: "Qarabağ" "Tvente"yə məğlub oldu, avrokuboklarla vidalaşdı - Premyer Liqa klublarının yay transferləri Muradın komandası əsas mərhələdə, Mahir KL-lə sağollaşdı UEFA Avropa Liqasında pley-offun cavab oyunları keçirilib -

Eren Aydın: “Avrokubok üçün mübarizəni davam etdirəcəyik”

Bölmə adı Futbol / Premyer Liqa / Manşet
Yayımlandı 12-04-2026, 14:52

“Bu cür oyunlarda məğlub olmamaq da vacibdir”.


Bu sözləri Sport1.az saytına açıqlamasında “qartallar”ın hücumçusu Eren Aydın Misli Premyer Liqasının 27-ci turu çərçivəsində “Sabah”a qarşı 2:2 hesablı heç-heçədən sonra dedi.


Futbolçu əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini bölüşdü:


“Matça yaxşı hazırlaşmışdıq. 5-li müdafiə ilə başladıq və düşünürəm ki, müdafiədə yaxşı təsir bağışladıq. Erkən qol buraxsaq da, tez toparlana bildik. Yaxşı reaksiya verərək hesabda önə keçdik və ilk hissəni istədiyimiz kimi başa vurduq. İkinci hissədə yenə tez qol buraxdıq, amma sonda məğlub olmadıq. Bu gün qazandığımız 1 xal da bizim üçün dəyərlidir.”


O, növbəti turda “Neftçi”yə qarşı keçiriləcək vacib oyun barədə də danışdı:


“Neftçi ilə çox önəmli oyunumuz var. Bu, Avropa yolunda həlledici qarşılaşmalardan biridir. Eyni zamanda 4-cü yer uğrunda mübarizə baxımından da böyük əhəmiyyət daşıyır. Bu oyunda qalib gələrək yolumuza davam etmək istəyirik. Komandamızın və baş məşqçimizin Avroliqa xəyalı var və bunu reallaşdırmaq üçün əlimizdən gələni edəcəyik.”


Aydın fərdi performansını da dəyərləndirdi:


“Özüm üçün və komandam üçün lazım olanı etdiyimi düşünürəm. Müdafiədə də faydalı olmağa çalışdım. Şükür ki, üzərimə düşən vəzifəni yerinə yetirdim və qol da vurdum. Amma bununla kifayətlənmək istəmirəm, daha çox qol və assistlə komandama töhfə vermək istəyirəm.”



MƏHƏMMƏD HÜSEYNOV

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR