son dəqiqə SON DƏQİQƏ
Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı "Sabah" "Yuventus"a məğlub olub U-17 Dünya Çempionatı: Təsnifat mərhələsinin görüşləri başa çatıb Milli komanda Fransaya yollanıb II Liqa klubundan yeni transfer Muradın və Mahirin komandaları əsas raundun bir addımlığında "Marafon"dan daha bir transfer "Qarabağ" azarkeşlərinin "Böyük Dəbilqə" turnirində iştirak edəcək idmançılarımız müəyyənləşib Niderland Belçika ilə üz-üzə, Portuqaliya Rumıniyaya qarşı Günün oyunları: UEFA Avropa Liqasında pley-offun cavab oyunları keçirilir - UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkü atılır - Konfrans Liqası: "Qarabağ" bu gün pley-off matçına çıxır - ÇL: "Fənərbağça" 18 ildən sonra əsas mərhələdə - “Yuventus”un qapıçısı B Seriyasında Millimiz Belçikaya məğlub oldu Yeni klubu bəlli oldu “Sabah” Litva klubuna uduzub Vətəninə qayıtdı Əfsanəvi “1 nömrə” – Sergey Kramarenko Portuqaliya Bakıdakı ilk qələbəsini qazandı

Ayxan Abbasov: “İlk dəfədir çalışdığım klubdan rahat gedirəm”

Bölmə adı Futbol / Premyer Liqa
Yayımlandı 11-04-2026, 19:18

"Şamaxı" Misli Premyer Liqasının XXVII turunda doğma meydanda "Qarabağ"la 0:0 hesablı heç-heçə edib.


Sport1.az xəbər verir ki, ev sahiblərinin baş məşqçisi Ayxan Abbasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:


“Azarkeşlərə təşəkkür edirəm. Bilirdik ki, "Qarabağ" hər oyuna final kimi yanaşır. Çempionatın sonudur, hər matç gərgin keçir. Futbolçularıma təşəkkür edirəm. Sona qədər vuruşdular. Bilirdik ki, rəqib son dəqiqələrdə üstümüzə gəldi. Amma dözə bildik. Bizim üçün hər xal vacibdir. İstəyim odur ki, çempionatın sonuna qədər oyunlara yanaşmamız bu cür olsun. Növəbti turda səfərdə "karvan-Yevlax"la çətin matçımız var. Həmin görüşə hazırlaşacağıq”.


- Kərim Rossi və Dioqo Balaunun yoxluğu oyununuza nə dərəcədə təsir etdi?

- Hər futbolçu bizim üçün önəmlidir. Onların yoxluğu böyük itkidir. Amma digər futbolçular üçün də özlərini göstərmək üçün şansdır.


- Komandanız ötən tur "Zirə"yə, bu gün isə "Qarabağ"a qarşı əzmkar oyun mümayiş etdirdi. Bu mübarizə əzmi rəqiblərin adlarına görədir?

- Xeyr. Əzmkarlığımız az ols, bəlkə bu gün biz də digər komandalar kimi Premyer Liqada qalmaq uğrunda mübarizə aparardıq. Futbolçularımız bizə yaxın olan komandalarla oyunlarda da əzmkarlıq göstəriblər. Böyük hesabla məğlub olduğumuz oyunlar da oldu. Bu tempi saxlamaq asan deyil. Futbolçular ilk turdan bu günə kimi maksimumu etməyə çalışırlar. Heyətimizdə gənclər var. Futbolçular çox "artırıblar". Onlara görə sevinirəm.


- Qazanılan nəticələrdə sizin taktiki biliyiniz əsas rol oynayır, yoxsa hansısa xüsusi sözləriniz var?

- Bu gün tam başqa taktika ilə oynadıq. Bunu "Qarabağ"a görə etdik, məcburuq. Sevindirici haldır ki, futbolçular dəyişikliklərə tez adaptasiya olur. Oyunçulara dəstək olmaq, onlara motivasiya vermək lazımdır.Təbii ki, komanda ruhu da çox vacibdir.


- Əsas qapıçınız cəza səbəbindən növbəti turda oynamayacaq. Bu sizi qayğılandırır?

- Bilirik ki, Rikardo bu gün Azərbaycan çeempionatında ən yaxşı qapıçılardandır. Bu, müzakirə olunmur. Amma bir tərəfdən də Abdullaha şans verə biləcəyimə görə sevinirəm. Onun üçün bir şans olacaq. Ümumən qarşıdakı turlarda hər kəsə şans verəcəm. Futbolçuları da fikirləşmək lazımdır. Əsas heyətdə debüt etməyi gözləyənlər var.


- Belə xəbərlər var ki, mövsümün sonunda "Şamaxı"dan ayrılacaqsız və sizin yerinizə Şərqi Avropadan yeni məşqçi gətiriləcək. Hətta deyilənə görə, danışıqlar gedir. Bununla bağlı nə deyə bilərsiniz?

- Kiminlə danışdıqlarını deyə bilmərəm. Gerçək deyil. "Şamaxı" mənim üçün doğmadır. Burada işimi davam etdirmək istəyərdim. Maddi cəhətdən də komanda möhkəmlənməlidir. İki ildir çox çətinliklər olub. Amma heç bir çətinlikdən danışmamışıq. Çalışmışıq ki, bunun öhdəsindən gələk. Məncə, klub düz yoldadır. Bunu davam etdirmək lazımdır. Rəhbərliyə böyük iş düşür. Onların yanaşmalarını bilirəm. İnanıram ki, düzgün qərar verəcəklər. "Şamaxı" həmişə mənim üçün doğma olacaq. Bəlkə də ilk dəfədir çalışdığım klubdan rahat gedirəm.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR