son dəqiqə SON DƏQİQƏ
Rəşad Rəsullu: "Bakıda keçirilən bu mundial uzun müddət xatırlanacaq" ● Norveçdən Bakıya gələnlər var ● “Eqnatiya” Zamiq Əliyevsiz zirvə yarışında irəliləyir ● Məşhur şirkət AFFA-nı məhkəməyə verməyə hazırlaşır ● Rumıniyada Cəlal Hüseynovun komandası üçün uğursuz gün ● Şeydayev üçün 15 dəqiqəlik şans ● Toni Adamsdan illər sonra gələn “Qəbələ” etirafı ● Toral Bayramov Türkiyədə etiraza səbəb oldu ● "Difai" "Şəki"yə, "Şirvan" "Zəngəzur"a qarşı ● Dağ velosipedi üzrə Ölkə Kubokunun qalibləri müəyyənləşdi ● "Kəpəz"in futbolçusu milliyə çağrıla bilər ● Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub ● Kurban Berdıyev: “Qələbəyə layiq idik” ● Zaur Həşimov: “Ustalıq səviyyəmiz kifayət etmir” ● Avropa Çempionatında 6-cı medal ● “Qarabağ” “İmişli”yə, “Turan Tovuz” “Şəfa”ya qalib gəldi ● Qurban Qurbanov: “Onların çox istəkli və peşəkar olduğunu görürəm” ● Fərid Namazov: “Bunları normal qarşılayıram” ● “Şəfa” - “Turan Tovuz”: ● Budvada daha bir medal ● Azərbaycan boksçusu Avropa çempionu olub ● III Beynəlxalq Xankəndi Ultramarafonu başa çatıb ● “İmişli” - “Qarabağ”: ● “Sabah”ın matçında avstriyalı hakimlər ● Adı "Genk" klubu ilə hallanan Edqar Adilxanov məsələyə aydınlıq gətirdi ● Günün oyunları: ● III Beynəlxalq Xankəndi Ultramarafonuna yekun vurulacaq ● Millimiz mundialın 1/8 finalında ●

Qurban Qurbanov: “Heyəti gücləndirməyə ehtiyacımız var”

Bölmə adı Futbol / Premyer Liqa
Yayımlandı 11-04-2026, 18:47

"Qarabağ" Misli Premyer Liqasının XXVII turunda səfərdə "Şamaxı" ilə 0:0 hesablı heç-heçə edib.


Sport1.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:


“Futbolçularıma və azarkeşlərimizə təşəkkür edirəm. Qalib gələ bilməsək də, son saniyələrə kimi yaxşı mübarizə getdi. Futbolçular qol vurmaq üçün çox güc sərf etdilər. Belə hallar olur. Edəcək bir şey yoxdur. Qarşıdakı oyunlara hazırlaşmalıyıq. Ayxan Abbasova və komandasına uğurlar arzulayıram”.


- Bügünkü xal itkisi çempionluq mübarizəsinə nə dərəcədə təsir edəcək?

- Çoxdan təsiri olub. Bu matçdan əvvəl bir oyunumuz az olsa da, 10 xallıq fərq var idi. Bu, az deyil. "Sabah" çox yaxşı futbol nümayiş etdirir. Qarşıdakı oyunlarda daha pozitiv olmalıyıq. Futbolçuların idman formasını, peşəkarlığını daha da yaxşılaşdırmağa çalışacağıq.


- Dediklərinizdən belə başa düşdük ki, artıq taleyinizlə barışmısız. Amma mövsümü titulla başa vurmaq üçün ölkə kuboku var. Bundan sonra diqqəti kuboka yönəldəcəksiz?

- Yox. Çempionatda da qarşıda maraqlı oyunlarımız var. "Sabah" və "Neftçi" ilə matçlarımız olacaq. Sona kimi mübarizə aparacağıq. Titula gəlincə, belə illər olur, sanki alınmır. Sona qədər azarkeşlərimiz üçün yaxşı futbol göstərmək istəyirik. Mübarizəmiz sona kimi olacaq.


- Bir neçə gün öncə sizin iştirakınızla klub rəhbərliyinin iclası keçirildi. Həmin toplantıda gələcəklə bağlı nələr müzakirə olundu?

- Komanda elə bir şeydir ki, bizim düşüncələrimizi dərhal həyata keçirmək olmur. Hansısa dəyişiklikər etmək istəyərdik. Komandaya yeni futbolçular cəlb etmək istəyirik. Soyuqqanlı davranmalıyıq. Heyəti gücləndirməyə ehtiyacımız var.


- Abdullah Zubirin Qətər klubuna keçəcəyi ilə bağlı xəbərlər yayılıb. Bu, nə dərəcədə realdır?

- Məndə belə məlumat yoxdur.


- Futbolçulara gələn təkliflərin komandanın oyununa təsiri olub?

- Təsiri olub. Artıq gecdir. Bütün futbolçular uğurlu mövsüm keçirdilər. Çempionlar Liqasındakı nəticələrdən sonra 70-80 faiz futbolçuya təkliflərr oldu. İstər-istəməz onlar üçün özlərini ələ almaq çətin olur. Olan oldu. Başa düşürük ki, təkliflərin olması futbolun qanunudur. Bizim kimi yeni formalaşan komanda üçün belə halların mənfi təsiri var. Amma hər bir halda futbolçuları toparlamağa çalışdıq.


- Legionerlərə təkliflər gəlir, amma yerli futbolçuların adı xarici klublarla hallanmır. Bunun səbəbi nədir?

- Yerlilərə də var idi.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR