son dəqiqə SON DƏQİQƏ
"İmişli" Dekonu transfer edib Azərbaycan II Liqası: 1-ci turun oyun cədvəli açıqlanıb Avropa Liqası: Əsas mərhələnin püşkatma mərasimi keçirilib Zamiqin komandasının rəqibləri müəyyənləşib - Murad Məmmədovun komandasının əsas raunddakı rəqibləri bəlli olub "Sabah"ın məğlub etdiyi komanda AL-da Türkiyə nəhənginə rəqib oldu "Neftçi"nin yetirməsi "Şəmkir"də Cüdoçularımızdan uğursuz start Lazımsız yerdə tələsən AFFA Fransadakı beynəlxalq turnirdə üç idmançı Azərbaycanı təmsil edəcək Turun mərkəzi qarşılaşmasının hakim təyinatları açıqlanıb "Gəncə"də daha bir legioner "Koreya Səfiri Kuboku" keçiriləcək KL: Əsas mərhələdə Muradın komandasının rəqibləri bəlli olur Qavalayaq! UEFA Avropa Liqasının əsas mərhələsinin püşkatması olacaq Cüdoçularımız Sarayevodakı beynəlxalq turnirdə iştirak edəcəklər Azərbaycan çempionu heyətinə daha bir oyunçu cəlb edib Polşalılar Puxaçı "Sabah"a keçdiyi üçün təhqir edib - "Böyük Dəbilqə": Cüdoçularımız bu gün mübarizəyə start verirlər I Liqa klubunda legioner hücumçu "Sumqayıt"ın ənənəvi Yay Futbol Düşərgəsinə start verilib - AÇ: Yığmamız sonuncu oyuna çıxır Günün oyunları: "Qarabağ" "Tvente"yə məğlub oldu, avrokuboklarla vidalaşdı - Premyer Liqa klublarının yay transferləri Muradın komandası əsas mərhələdə, Mahir KL-lə sağollaşdı UEFA Avropa Liqasında pley-offun cavab oyunları keçirilib -

Füzuli Məmmədov: “Hesab daha böyük də ola bilərdi”

Bölmə adı Futbol / Premyer Liqa
Yayımlandı 10-04-2026, 18:54

Misli Premyer Liqasının XXIV turunun "Karvan-Yevlax" - "Kəpəz" matçından (4:1) sonra ev sahiblərinin baş məşqçisi Füzuli Məmmədovun mətbuat konfransı keçirilib.


Sport1.az xəbər verir ki, mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.


“Son məğlubiyyətdən sonra komandanı bu oyuna kökləmək çətin idi. Futbolçularda psixoloji gərginlik var idi. Rəhbərlik və məşqçilər korpusu komandaya dəstək oldu. Bilirdik ki, ağır oyun olacaq. "Kəpəz"in çox güclü heyəti var. Futbolçular matça çox ciddi hazırlaşdılar. Meydanda ürəklərini qoydular. Hesab daha böyük də ola bilərdi. Hesabın 4:1 olmasına baxmayaraq çətin oyun idi. Uşaqlar bu çətinliyin öhdəsindən gəldilər. Bütün futbolçuları təbrik edirəm. Azarkeşlərimiz bundan çoxuna layiqdirlər. Onları qələbələrimizlə sevindirə bilmirik. Hələ 6 tur qalıb, qarşıda yaxşı oyunlarımız olacaq. Hər görüşə qələbə üçün çıxacağıq. Bizi qarşıda daha yaxşı qələbələr gözləyir”.


- Həmişə deyirdiz ki, bir qələbə olsa, davamı gələcək. İndi necə düşünürsüz? Sizcə, bunun davamı gələcək?

- Qələbə futbolçuya özünəinam verir. Bu qalibiyyət bizə çox ümid verir. Bütün oyunlara qələbə qazanmaq üçün çıxacağıq.


- Erkən qolların psixoloji üstünlüyü var?

- Əlbəttə. Hər qol rəqibi üzür, komandaya isə qələbə ümidi verir. Birinci hissədə Raufun iki qol vurması kollektivə ümid verdi. Hesab 2:1 olduqdan sonra futbolçularda qələbəni əldən vermək qorxusu yarandı. Üçüncü qol isə artıq oyunun taleyini həll etdi.


- Rauf Rüstəmli əvvəlki oyunlarda niyə özünü göstərə bilmirdi?

- Rauf hər matçda əsas heyətə layiq futbolçulardan biridir. Maksimumunu meydanda qoymağa çalışır. Çox əzmkar futbolçudur. Son iki turda əsas heyətdə oynaya bilməmişdi. Səbəb rəqabət idi. Ədalətli olub digər oyunçulara da şans verməliyik. Rauf bugünkü oyunu ilə hansı səviyyədə futbolçu olduğunu göstərdi.


- Bu vaxta qədər nə baş verirdi ki, "Karvan-Yevlax" qələbə qazana bilmirdi?

- Çox nüanslar ola bilər. Xırda səhvlərdən rəqiblər bizə qol vurur. Dərhal futbolçularda psixoloji düşüş yaranır. Onların potensialını bilirəm. Öz bacardıqlarını göstərə bilmirlər. Bəzi matçlarda çox yaxşı oynamışıq, qol da vurmuşuq, saymayıblar. Bəzən gözləmədiyimiz anlarda qollar buraxmışıq. Bu qollar komandanı məyus edir. Bəzi komandalarla nəinki başa-baş, artıq da oynaya bilərik. Bu oyun da göstərdi ki, komanda top saxlaya, hücum qura bilir.


- Mövsümün bitməsinə 6 tur qalmış "Qəbələ" ilə "Karvan-Yevlax" arasında 8 xal fərq var. Bu fərqin aradan qalxacağına inanırsız?

- Əlbəttə. Hər zaman inanmışam. Bütün oyunlara ümidlə çıxıram. Sona qədər mübarizə aparacağıq.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR