son dəqiqə SON DƏQİQƏ
Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı "Sabah" "Yuventus"a məğlub olub U-17 Dünya Çempionatı: Təsnifat mərhələsinin görüşləri başa çatıb Milli komanda Fransaya yollanıb II Liqa klubundan yeni transfer Muradın və Mahirin komandaları əsas raundun bir addımlığında "Marafon"dan daha bir transfer "Qarabağ" azarkeşlərinin "Böyük Dəbilqə" turnirində iştirak edəcək idmançılarımız müəyyənləşib Niderland Belçika ilə üz-üzə, Portuqaliya Rumıniyaya qarşı Günün oyunları: UEFA Avropa Liqasında pley-offun cavab oyunları keçirilir - UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkü atılır - Konfrans Liqası: "Qarabağ" bu gün pley-off matçına çıxır - ÇL: "Fənərbağça" 18 ildən sonra əsas mərhələdə - “Yuventus”un qapıçısı B Seriyasında Millimiz Belçikaya məğlub oldu Yeni klubu bəlli oldu “Sabah” Litva klubuna uduzub Vətəninə qayıtdı Əfsanəvi “1 nömrə” – Sergey Kramarenko Portuqaliya Bakıdakı ilk qələbəsini qazandı

Azər Bağırov: "Qarabağ"la oyundan sonra komandanı tanıya bilmirəm“

Bölmə adı Futbol / Premyer Liqa
Yayımlandı 10-04-2026, 18:21

Misli Premyer Liqasının XXIV turunun "Karvan-Yevlax" - "Kəpəz" matçından (4:1) sonra qonaqların baş məşqçisi Azər Bağırovun mətbuat konfransı keçirilib.


Sport1.az xəbər verir ki, mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.


“Bu gün itkilərimiz var idi. Rotasiyalar etsək də, alınmadı. "Qarabağ"la oyundan sonra komandanı tanıya bilmirəm. "Qəbələ" ilə matçda da bəsit qollar buraxdıq. İrəli baxmaq lazımdır”.


- Hesabın böyük olması barədə nə deyə bilərsiniz?

- Mərkəz müdafiəçisi və cinah müdafiəçisi mövqeyində problem var idi. Deyirlər əvəzolunmaz futbolçu yoxdur. Amma bizdə Dioqo Verdaskanın yoxluğu hiss olunur. Məğlubiyyətin əsas səbəbi oyunçu çatışmazlığıdır. Bir futbolçu olmayanda onun yerini doldurmaq üçün gedişlər edirik.


- Bugünkü məğlubiyyət komandaya qarşıdakı oyunlarda təsir göstərə bilər?

- Mən "Kəpəz"ə gələndə komandanın 7 oyundan sonra 0 xalı var idi, xaos vəziyyəti idi. Sürürlər olsun ki, bu gün sonuncu yerdən çox qabaqdayıq. Oyunçu itkisi bizə çox böyük təsir edir. Bunun psixoloji təsiri də var. Qarşıdakı oyunlara köklənmək lazımdır. Uduzmağı bacarmaq lazımdır, amma baxır necə. Düşünürəm ki, daha yaxşı olacağıq.


- Ohorinin oynamamasının səbəbi nədir?

- Komanda ilə bir gün məşqə çıxıb. Onu itirmək istəmədim. Ohori qarşıdakı matçlarda bizə lazımdır.


- Belə xəbərlər var ki, həftə ərzində komandanı məşqə çıxarmamısız. Bu, nə dərəcədə doğrudur?

- Belə bir şey yoxdur. Bərpa məşqində olmamışam. Bu da normal bir şeydir. Bərpa məşqini köməkçiləri keçib. Hər şey qaydasındadır.


- Sirr deyilsə, bərpa məşqində niyə olmamısınız?

- Ailə məsələləri ilə bağlı Bakıda idim. Bütün günümüzü Gəncədə keçiririk. Ailənin də problemlərini həll etmək vacibdir.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR