son dəqiqə SON DƏQİQƏ
Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı "Sabah" "Yuventus"a məğlub olub U-17 Dünya Çempionatı: Təsnifat mərhələsinin görüşləri başa çatıb Milli komanda Fransaya yollanıb II Liqa klubundan yeni transfer Muradın və Mahirin komandaları əsas raundun bir addımlığında "Marafon"dan daha bir transfer "Qarabağ" azarkeşlərinin "Böyük Dəbilqə" turnirində iştirak edəcək idmançılarımız müəyyənləşib Niderland Belçika ilə üz-üzə, Portuqaliya Rumıniyaya qarşı Günün oyunları: UEFA Avropa Liqasında pley-offun cavab oyunları keçirilir - UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkü atılır - Konfrans Liqası: "Qarabağ" bu gün pley-off matçına çıxır - ÇL: "Fənərbağça" 18 ildən sonra əsas mərhələdə - “Yuventus”un qapıçısı B Seriyasında Millimiz Belçikaya məğlub oldu Yeni klubu bəlli oldu “Sabah” Litva klubuna uduzub Vətəninə qayıtdı Əfsanəvi “1 nömrə” – Sergey Kramarenko Portuqaliya Bakıdakı ilk qələbəsini qazandı

“Araz-Naxçıvan”ın məşqçisi: “Hakim qərarları oyunumuza təsir etdi”

Bölmə adı Futbol / Premyer Liqa
Yayımlandı 7-04-2026, 22:56

"Araz-Naxçıvan" Misli Premyer Liqasının XXVI turunda "Liv Bona Dea Arena"da "Sabah"a 2:4 hesabı ilə məğlub olub.


Sport1.az xəbər verir ki, ev sahiblərinin məşqçisi Vadar Nuriyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:


“Oyuna yaxşı hazırlaşmışdıq, rəqibi yaxşı təhlil etmişdik. Matça da yaxşı başladıq. Adi səhvdən, anlaşılmazlıqdan qol buraxdıq. İkinci qol da səhvdən sonra oldu. İkinci qol zamanı qayda pozuntusu var idi, amma baş hakim VAR-a baxmadı. "Sabah" elə komandadır ki, əks-hücum şansı verdinsə, bağışlamaycaq. Ən azından 1 xal götürmək istəyirdik. Alınmadı. "Sabah"ı təbrik edirik. Biz də öz yolumuza davam edəcəyik”.


- Hakimin rəqibə simpatiyası hiss olunurdu? Nəticəyə təsir edən səhvləri oldu?

- Əlbəttə. Nuno Rodriqesi vurmuşdular, baxmadılar. Baş hakim "Sabah"ın 3-cü qolu zamanı VAR-a baxmadı. Əgər qərar verirsənsə, VAR-a baxmalısan. Bu qərarlar da bizim oyunumuza təsir etdi.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR