son dəqiqə SON DƏQİQƏ
Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı "Sabah" "Yuventus"a məğlub olub U-17 Dünya Çempionatı: Təsnifat mərhələsinin görüşləri başa çatıb Milli komanda Fransaya yollanıb II Liqa klubundan yeni transfer Muradın və Mahirin komandaları əsas raundun bir addımlığında "Marafon"dan daha bir transfer "Qarabağ" azarkeşlərinin "Böyük Dəbilqə" turnirində iştirak edəcək idmançılarımız müəyyənləşib Niderland Belçika ilə üz-üzə, Portuqaliya Rumıniyaya qarşı Günün oyunları: UEFA Avropa Liqasında pley-offun cavab oyunları keçirilir - UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkü atılır - Konfrans Liqası: "Qarabağ" bu gün pley-off matçına çıxır - ÇL: "Fənərbağça" 18 ildən sonra əsas mərhələdə - “Yuventus”un qapıçısı B Seriyasında Millimiz Belçikaya məğlub oldu Yeni klubu bəlli oldu “Sabah” Litva klubuna uduzub Vətəninə qayıtdı Əfsanəvi “1 nömrə” – Sergey Kramarenko Portuqaliya Bakıdakı ilk qələbəsini qazandı

Valdas Dambrauskas: “Gördüyümüz işlər 8-9 ayın göstəricisidir”

Bölmə adı Futbol / Premyer Liqa
Yayımlandı 7-04-2026, 22:12

"Sabah" Misli Premyer Liqasının XXVI turu çərçivəsində səfərdə "Araz-Naxçıvan"ı 4:2 hesabı ilə məğlub edib.


Sport1.az xəbər verir ki, “bayquşlar”ın baş məşqçisi Valdas Dambrauskas matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:


“Əvvəlcə "Sabah" ailəsini qələbə münasibətilə təbrik edirəm. Bu gün çox böyük qalibiyyət əldə etdik. Oyuna kifayət qədər yaxşı başlamadıq. Matç bu gün bizim üçün qəribə alındı. Müdafiədən çıxarkən səhvlər etdik, rəqib də bundan yararlandı. Çox şadam ki, qol buraxdıqdan sonra yaxşı reaksiya verdik. Layiqli qələbə qazandıq. Oyunun taleyini daha tez həll edə bilərdik. Çox qol fürsətimiz var idi. Qələbəyə görə xoşbəxtəm. Üç gündən sonra yeni oyun olacaq. Artıq bu matçı unudub, qarşıdakı görüşə köklənməliyik”.


- Bu cür performansı mövsümün sonuna qədər davam etdirə biləcəyinizi düşünürsüz, yoxsa, ehtiyat edirsiz ki, hansısa eniş yaşana bilər?

- Bu, məni narahat etmir. Mən sadəcə qarşıdakı oyunu fikirləşirəm. O qarşılaşma məni narahat edir. Çünki yaxşı bərpa olmalıyıq. Oyunlar qısa müddət ərzində keçirildikdə, əlavə taktika keçə bilmirik. Amma gördüyümüz işlər 8-9 ayın göstəricisidir.


- "Sabah"ın avrokuboklara vəsiqə qazanması dəqiqləşdi. Bu faktı bilirdiz? Buna görə təbrik almışdız, yoxsa əsas təbriki mövsümün sonunda alacaqsız?

- Həqiqətən bu barədə bilmirdim. Bizim üçün böyük uğurdur. Mən bura gəlməmişdən öncə hədəf Avropada iştirak etmək idi. Bunları unuduruq, bu haqda düşünmürük.


- İvan Lepinitsanın durumu nə yerdədir? Üstəlik, onun adı xarici klublarla hallanır. Bu haqda onunla söhbət etmisiz?

- Sualın ikinci hissəsi ilə başlayım, oyunçu ilə bu barədə danışmaq mənim vəzifəm deyil. Önəmli olan odur ki, hər bir futbolçu qarşıdakı matçlara köklənsin. Gələcəyi barədə danışmaq çox tezdir. Vəziyyətinə gəlsək, o, bu gün ehtiyat oyunçular skamyasında idi. Kiçik zədəsi var idi. Buna görə onu riskə atmaq istəmədik. İstədik bərpa keçsin və qarşıdakı matçlara hazırlaşsın. Bizim üçün çox önəmli oyunçudur. Abdullah Xaybulayev də çox yaxşı oyun sərgilədi. Lepinitsanın yoxluğunu hiss etdirmədi.


- Faiz etibarı ilə götürsək, "Çelye" və "Levski" ilə görüşlərdəki "Sabah"la indiki arasında nə qədər dəyişiklik var? Nə qədər yol qət etmisiz?

- Əlbəttə ki, bu faizi hesablaya bilmərəm. Mən məktəbdə riyaziyyatda o qədər yaxşı olmamışam. "Levksi"dən bu yana 30-a yaxın oyun oynamışıq. Əlbəttə ki, inkişaf var, daha yaxşı oynayırıq, yeni futbolçular bizə qoşuldu. İnkişaf elədir ki, bir oyun pis oynasaq da, ondan sonra yenə pis oyun olsa, soruşacaqsız ki, inkişaf haradadır? Hazırda yaya 2 ay qalıb. Düşünürəm ki, inkişaf var, amma daha da inkişaf etməliyik. Siz fəlsəfi sual verdiz, mən də fəlsəfi cavab verdim.


- Oyunun gedişində Hamidu Keyta ilə söhbətiniz oldu. Sirr deyilsə, nə haqda danışırdınız?

- Xüsusi bir şey deyildi. Bizim ləğv edilən 4-cü qolumuzu müzakirə etdik.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR