
“Barselona” qışda “Əl Hilal”dan icarəyə götürdüyü Joao Kanselo ilə bağlı yeni qərar qəbul edib.
Sport1.az xəbər verir ki, Kataloniya təmsilçisi portuqaliyalı cinah müdafiəçisinin transfer hüquqlarını əldə etmək üçün Səudiyyə klubu ilə danışıqlara başlayıb.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Onun sözlərinə görə, 32 yaşlı futbolçu da İspaniya təmsilçisində özünü xoşbəxt hiss edir.
Qeyd edək ki, Joao Kanselo daha əvvəl 2023/24 mövsümündə də “Barselona”nın formasını geyinib.