
İtaliya A Seriyası təmsilçisi “Napoli”nin hücumçusu Rasmus Hoylund karyerasını İspaniyada davam etdirə bilər.
Sport1.az xəbər verir ki, “Barselona” gənc forvardın transferində maraqlıdır.
Bu barədə “Fichajes” nəşri məlumat yayıb.
Kataloniya klubunun rəhbərliyi uğurlu mövsüm keçirən 23 yaşlı futbolçunun oyun keyfiyyətlərini yüksək qiymətləndirir və onun komandaya ciddi fayda verəcəyinə inanır.
Qeyd edək ki, müqavilə ilə “Mançester Yunayted”ə məxsus olan danimarkalı hücumçu cari mövsümdə 37 oyunda 14 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.