
Bu gün II Liqada 21-ci turun oyunları start götürüb.
Sport1.az xəbər verir ki, ilk oyun günü 2 qarşılaşma keçirilib.
“Ağdaş” səfərdə “Göygöl”ü 2 cavabsız qolla məğlub edib - 2:0.
”Araz Saatlı” isə öz meydanında “Ağstafa Gəncləri”ni 7:1 hesabı ilə darmadağın edib.
II Liqa
6 aprel (bazar ertəsi)
“Göygöl” – “Ağdaş” 0:2
Hakimlər: Rasim Musayev, Taleh Məmmədov, Rəşad Quliyev, Sərxan İsmayılov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Göygöl OİK stadionu, 15:00
“Araz Saatlı” – “Ağstafa Gəncləri” 7:1
Hakimlər: Səbuhi Bayramov, Məmmədəli Kərimov, Əkbər Əliyev, Vüqar Alıyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Novruz Əzimov
Saatlı OİK stadionu, 15:30