son dəqiqə SON DƏQİQƏ
Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı "Sabah" "Yuventus"a məğlub olub U-17 Dünya Çempionatı: Təsnifat mərhələsinin görüşləri başa çatıb Milli komanda Fransaya yollanıb II Liqa klubundan yeni transfer Muradın və Mahirin komandaları əsas raundun bir addımlığında "Marafon"dan daha bir transfer "Qarabağ" azarkeşlərinin "Böyük Dəbilqə" turnirində iştirak edəcək idmançılarımız müəyyənləşib Niderland Belçika ilə üz-üzə, Portuqaliya Rumıniyaya qarşı Günün oyunları: UEFA Avropa Liqasında pley-offun cavab oyunları keçirilir - UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkü atılır - Konfrans Liqası: "Qarabağ" bu gün pley-off matçına çıxır - ÇL: "Fənərbağça" 18 ildən sonra əsas mərhələdə - “Yuventus”un qapıçısı B Seriyasında Millimiz Belçikaya məğlub oldu Yeni klubu bəlli oldu “Sabah” Litva klubuna uduzub Vətəninə qayıtdı Əfsanəvi “1 nömrə” – Sergey Kramarenko Portuqaliya Bakıdakı ilk qələbəsini qazandı

Saşa İliç: “Neftçi” kimi rəqiblər belə səhvləri bağışlamır“

Bölmə adı Futbol / Premyer Liqa
Yayımlandı 5-04-2026, 20:50

Misli Premyer Liqasının XXVI turunda "Sumqayıt" "Neftçi"yə məğlub olub - 1:3.


Sport1.az xəbər verir ki, matçdan sonra "gənclik şəhəri" təmsilçisinin baş məşqçisi Saşa İliçin mətbuat konfransı keçirilib.


“Rəqibi təbrik edirəm. Bəzi səhvlərə yola verdik. Bunun nəticəsində məğlub olduq”.


– Komanda 10 oyundur, qələbə qazana bilmir. Bu məğlubiyyətlərdə sizin payınız nə qədərdir və istefa vermək haqda düşünürsünüz?
– Mənlə bağlı qərarı rəhbərlik verir. Problem yoxdur. Futbolçulara tapşırıqları veririk. Səbuhiyə başa salırıq ki, mərkəzdə səhv etmək olmaz, amma hər oyun təkrarlanır.


– Belə çıxır, kapitanla baş məşqçi arasında problem var?
– Tək Səbuhi ilə bağlı problem yoxdur. Bu gün Səbuhidir, sabah Murata, sonra Ninkoviç ola bilər. Bir nəfərə deyilirsə, digərləri də başa düşməlidir. “Neftçi” kimi rəqiblər belə səhvləri bağışlamır.


– “Karvan-Yevlax”, “Kəpəz”, “Qəbələ”yə qarşı da yaxşı oyun görməmişik. Bunun arxasında nə dayanır?
– “Kəpəz”lə oyunu izləmisiniz? Buraxdığımız qollara baxmısınız?


– Futbolçular səhv edəcəksə, bəs, baş məşqçi burda nə rol oynayır?
– Çempionatda 4-5 komanda var ki, səviyyə baxımından bizi üstələyir. Səhvlər nəticəyə təsir edir. Biz maksimumuza ötən ilin noyabrında çatdıq. Çempionatın birinci yarısında heç kim sual vermirdi ki, niyə belə qələbələr qazanırsınız? Futbolda belə nəticələr olur. Maksimuma çatdıq və irəliləmək üçün addımlar lazım idi. Rəhbərliklə danışdıq, bəzi transferlər baş tutmadı. İndi isə gənclər özlərini göstərməlidir ki, yeni mövsüm əsas heyətdə olsunlar və ya başqa klublara keçə bilsinlər.


– Rəhbərliyi dediniz, futbolçuların səhvlərini bildirdiniz. Bəs, siz baş məşqçi kimi nələri səhv edirsiniz?
– Məsuliyyətim komandanı hazırlamaq, buraxılan səhvləri çalışmaqdır. Futbolda daha çox səhv edən komanda uduzur. Böyük problemimizdir, asan səhvlər buraxırıq. Sırf buna görə uduzuruq. Məşqlərdə çalışırıq, səhvlər üzərində işləyirik, amma növbəti oyunda yenə bu səhvlər təkrarlanır. “Qarabağ” eyni heyətlə nə qədər uzağa gedə bilər? Rotasiyalar lazımdır…


– Səbuhi Abdullazadə sanki oynamaq istəmir. Onu meydana buraxmaq nə dərəcə düzgündür?
– Mənim üçün inanılmazdır. Çünki mən də futbolçu olmuşam. Başa düşə bilmirəm ki, necə oynamaq istəməyə bilərsən? Bu, anormal bir şeydir. Səbuhi bu klubun yetirməsidir. Onun oynamamaq istəməməsinə inanmıram.


– Azarkeşlər sizinlə bağlı problem görmür, onlar da futbolçuları günahkar sayır. Rəhbərlik yeni müqavilə təklif etsə, qərarınız necə olar?
– Nəticə qazanmaq istəyirsənsə, hamı bir olmalı, bir strategiya üçün çalışmaq lazımdır. Demirəm ki, bütün səhv futbolçularındır, hamının səhvləri var. Futbolçuların səhvi mənim səhvim deməkdir. Yeni müqavilə haqda danışmaq istəmirəm. İndi bunun vaxtı deyil.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR