son dəqiqə SON DƏQİQƏ
Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı "Sabah" "Yuventus"a məğlub olub U-17 Dünya Çempionatı: Təsnifat mərhələsinin görüşləri başa çatıb Milli komanda Fransaya yollanıb II Liqa klubundan yeni transfer Muradın və Mahirin komandaları əsas raundun bir addımlığında "Marafon"dan daha bir transfer "Qarabağ" azarkeşlərinin "Böyük Dəbilqə" turnirində iştirak edəcək idmançılarımız müəyyənləşib Niderland Belçika ilə üz-üzə, Portuqaliya Rumıniyaya qarşı Günün oyunları: UEFA Avropa Liqasında pley-offun cavab oyunları keçirilir - UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkü atılır - Konfrans Liqası: "Qarabağ" bu gün pley-off matçına çıxır - ÇL: "Fənərbağça" 18 ildən sonra əsas mərhələdə - “Yuventus”un qapıçısı B Seriyasında Millimiz Belçikaya məğlub oldu Yeni klubu bəlli oldu “Sabah” Litva klubuna uduzub Vətəninə qayıtdı Əfsanəvi “1 nömrə” – Sergey Kramarenko Portuqaliya Bakıdakı ilk qələbəsini qazandı

"Bu 2 həftəlik ara “Kəpəz”in xeyrinə olacaq” - Azər Bağırov

Bölmə adı Premyer Liqa
Yayımlandı 5-04-2026, 12:45

Misli Premyer Liqasında yaranan iki həftəlik fasilə “Kəpəz”in xeyrinə olacaq.


Sport1.az xəbər verir ki, bunu Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov deyib.


Klubun mətbuat xidmətinə açıqlama verən mütəxəssis komandasının hazırlığını və bu gün 26-cı tur çərçivəsində qarşılaşacaqları “Qəbələ” ilə oyunu dəyərləndirib:


“İki həftəlik fasilə komandamız üçün çox faydalı olacaq. Milli fasilə dövründə futbolçuların həm fiziki, həm taktiki, həm də psixoloji hazırlığı üzərində planlı şəkildə işləyirdik. Şükürlər olsun ki, bu iki həftəni zədəsiz və istədiyimiz səviyyədə başa vurmuşuq.


İnşallah, zaman göstərəcək ki, komanda “Qəbələ” ilə oyuna necə hazırlaşıb. Çünki yekunda əsas olan nəticədir və ümid edirəm ki, bu nəticə “Kəpəz”in xeyrinə olacaq. Çünki komandada yüksək əhval-ruhiyyə var. Özümüzə çox inanırıq. Bilirik ki, bu 2 həftəlik ara “Kəpəz”in xeyrinə olacaq”.


Qeyd edək ki, “Kəpəz” – “Qəbələ” oyunu bu gün saat 15:30-da başlayacaq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR