son dəqiqə SON DƏQİQƏ
Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı "Sabah" "Yuventus"a məğlub olub U-17 Dünya Çempionatı: Təsnifat mərhələsinin görüşləri başa çatıb Milli komanda Fransaya yollanıb II Liqa klubundan yeni transfer Muradın və Mahirin komandaları əsas raundun bir addımlığında "Marafon"dan daha bir transfer "Qarabağ" azarkeşlərinin "Böyük Dəbilqə" turnirində iştirak edəcək idmançılarımız müəyyənləşib Niderland Belçika ilə üz-üzə, Portuqaliya Rumıniyaya qarşı Günün oyunları: UEFA Avropa Liqasında pley-offun cavab oyunları keçirilir - UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkü atılır - Konfrans Liqası: "Qarabağ" bu gün pley-off matçına çıxır - ÇL: "Fənərbağça" 18 ildən sonra əsas mərhələdə - “Yuventus”un qapıçısı B Seriyasında Millimiz Belçikaya məğlub oldu Yeni klubu bəlli oldu “Sabah” Litva klubuna uduzub Vətəninə qayıtdı Əfsanəvi “1 nömrə” – Sergey Kramarenko Portuqaliya Bakıdakı ilk qələbəsini qazandı

“Qarabağ” beynəlxalq turnirdə iştirak edib

Bölmə adı Futbol / Azərbaycan
Yayımlandı 4-04-2026, 21:28

Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov Türkiyədə səfərdə olub.


Sport1.az xəbər verir ki, səfər çərçivəsində Fərid Qayıbov UNESCO-nun İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyasına Tərəflər Konfransının (COP10) sədri olaraq, aprelin 3-də İstanbul şəhərində “İdmanla əlaqəli bakalavr proqramlarında antidopinq biliklərinin gücləndirilməsi və təhsil potensialının artırılması” mövzusunda seminarın açılış mərasimində iştirak edib.


Həmin gün Dünya Etnosport Konfederasiyasının prezidenti Nəcməddin Bilal Erdoğanın dəvəti ilə Antalyaya yollanan nazir Fərid Qayıbov Beynəlxalq Etnosport Forumu çərçivəsində Nəcməddin Bilal Erdoğanla və İran İslam Respublikasının gənclər və idman naziri Əhməd Dünyamalı ilə ikitərəfli görüşlər keçirib.


Səfər çərçivəsində nazir Antalyada keçirilən beynəlxalq turnirdə iştirak edən “Qarabağ” FK-nın U-12 və “Sabah” FK-nın U-14 komandaları ilə görüşüb. Həmçinin Antalya şəhərində keçirilən, TÜRKPA-ya daxil olan dövlətlərin parlamentlərarası beynəlxalq futbol turnirində Türkiyə - Azərbaycan final oyununu türkiyəli həmkarı Osman Aşkın Bak ilə birlikdə izləyib, təltifetmə mərasimində iştirak edib.


Qeyd edək ki, Azərbaycan Respublikası Milli Məclisinin komandası turnirin gümüş medalını qazanıb.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR