son dəqiqə SON DƏQİQƏ
Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı "Sabah" "Yuventus"a məğlub olub U-17 Dünya Çempionatı: Təsnifat mərhələsinin görüşləri başa çatıb Milli komanda Fransaya yollanıb II Liqa klubundan yeni transfer Muradın və Mahirin komandaları əsas raundun bir addımlığında "Marafon"dan daha bir transfer "Qarabağ" azarkeşlərinin "Böyük Dəbilqə" turnirində iştirak edəcək idmançılarımız müəyyənləşib Niderland Belçika ilə üz-üzə, Portuqaliya Rumıniyaya qarşı Günün oyunları: UEFA Avropa Liqasında pley-offun cavab oyunları keçirilir - UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkü atılır - Konfrans Liqası: "Qarabağ" bu gün pley-off matçına çıxır - ÇL: "Fənərbağça" 18 ildən sonra əsas mərhələdə - “Yuventus”un qapıçısı B Seriyasında Millimiz Belçikaya məğlub oldu Yeni klubu bəlli oldu “Sabah” Litva klubuna uduzub Vətəninə qayıtdı Əfsanəvi “1 nömrə” – Sergey Kramarenko Portuqaliya Bakıdakı ilk qələbəsini qazandı

Kadi Borges: “Tam hazır deyiləm, amma komandama kömək edəcəyəm”

Bölmə adı Futbol / Azərbaycan / Manşet
Yayımlandı 4-04-2026, 20:27

“Sabah” kimi komandalara qarşı oynamaq çox çətindir”.


Bu sözləri Sport1.az saytına açıqlamasında “Qarabağ”ın futbolçusu Kadi Borges Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində “Sabah”la keçirilən (2:2) oyundan sonra deyib.


Braziliyalı futbolçu hələ heç nəyin bitmədiyini vurğulayıb:


“Onların yaxşı heyəti və sistemi var. Düşünürəm ki, öz meydanımızda yaxşı çıxış etdik. Bir neçə qol epizodundan yararlana bilmədim. Amma yenə də yaxşı oyun sərgilədiyimizi düşünürəm. Qarşıda cavab görüşü var, ona hazırlaşmalıyıq”.


Uzunmüddətli zədədən yeni qayıdan futbolçu hələ tam hazır olmadığını da bildirib:


“Çox çətin idi. Ayağım sınmışdı. Bəzən yenə də ağrılar olur. Amma özümü yaxşı formada hiss edirəm. 99 faiz sağaldığımı düşünürəm. 100 faiz hazır olmaq üçün bir az da oynamağa ehtiyacım var”.


Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması aprelin 22-də keçiriləcək.


MİRZƏ SAKİT

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR