son dəqiqə SON DƏQİQƏ
Millimiz “Antalyaspor”u məğlub edib ● “Zirə”nin rəhbəri Qırğızıstanda ● Dambrauskas: “Buna siz qərar verərsiniz” ● Vernidub: “Baş məşqçi başqa cür düşünsə…” ● "Araz-Naxçıvan" "Kəpəz"ə uduzub, "Sabah" - "Neftçi" oyununda heç-heçə ● Azərbaycan Kuboku: 29 illik rekord təkrarlandı ● Badmintonçularımız beynəlxalq inkişaf turnirində ● Yuri Maksimov: “Tələskənlikdən oyuna nəzarət edə bilmədik” ● Azər Məmmədov: “Bizim üçün qazandığımız hər xal 6-ya bərabərdir” ● “Azərbaycan stolüstü tennisinin uğurları təsadüfi deyil” ● “Neftçi” - “Sabah”: ● Almatıda bürünc medal ● Bərdəlilər "Ağdaş"ı darmadağın etdi ● MOİK "Mingəçevir"i məğlub edib, Şamaxıda qalib müəyyənləşmədi ● AÇ: Səma Abbasova finala yüksəlib ● Azərbaycan Kuboku: ● Azərbaycan Kubokunda yeni rekord ● Azərbaycan Kuboku: "Ağdaş" evdə "Hypers"lə bacarmayıb ● Azərbaycanın U-15 millisinin təlim-məşq toplanışı baş tutacaq ● "Neftçi" "Sabah"la matçdan öncə azarkeşlərinə müraciət ünvanladı ● "Araz-Naxçıvan" - "Kəpəz": ● "Neftçi" - "Sabah": Turun mərkəzi matçına nə qədər bilet satılıb? ● Kiçik kənddə böyük futbol ● AMADA-dan "Kəpəz" üçün seminar ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Kotsoyev mundialla erkən vidalaşdı ● BOS Çempionlar Liqasına hazırdır ● Günün oyunları: ● DÇ: Zelim Kotsoyev 1/8 finalda ●

Qadınlar arasında Azərbaycan Yüksək Liqasında yarımfinal cədvəli bəlli oldu

Bölmə adı Voleybol
Yayımlandı 4-04-2026, 13:24

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yarımfinal mərhələsinin oyun cədvəli müəyyənləşib.


Sport1.az xəbər verir ki, mərhələyə aprelin 8-də start veriləcək.


Aprelin 8-də saat 16:00-da "Gəncə" "Turan"la qarşılaşacaq. Saat 18:00-da isə "Milli Aviasiya Akademiyası" və "DH Volley" üz-üzə gələcəklər. Tərəflər arasında ikinci görüşlər aprelin 11 və 13-də baş tutacaq.


Yarımfinalın üç oyunu Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək. "Turan" - "Gəncə" matçı isə aprelin 11-də, Tovuz Olimpiya İdman Kompleksində təşkil olunacaq.


Qeyd edək ki, reqlamentə əsasən, yarımfinal mərhələsinin görüşləri ev və səfər prinsipi ilə iki oyundan ibarət olacaq. Nəticəyə əsasən komandaların qələbə sayı bərabər olarsa, qalibi müəyyənləşdirmək üçün "qızıl set" oynanılacaq.


Bürünc və qızıl medal uğrunda həlledici qarşılaşmalar isə cəmi bir oyundan ibarət olacaq.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR