son dəqiqə SON DƏQİQƏ
UEFA Konfrans Liqası: Əsas mərhələnin püşkü atılıb "İmişli" Dekonu transfer edib Azərbaycan II Liqası: 1-ci turun oyun cədvəli açıqlanıb Avropa Liqası: Əsas mərhələnin püşkatma mərasimi keçirilib Zamiqin komandasının rəqibləri müəyyənləşib - Murad Məmmədovun komandasının əsas raunddakı rəqibləri bəlli olub "Sabah"ın məğlub etdiyi komanda AL-da Türkiyə nəhənginə rəqib oldu "Neftçi"nin yetirməsi "Şəmkir"də Cüdoçularımızdan uğursuz start Lazımsız yerdə tələsən AFFA Fransadakı beynəlxalq turnirdə üç idmançı Azərbaycanı təmsil edəcək Turun mərkəzi qarşılaşmasının hakim təyinatları açıqlanıb "Gəncə"də daha bir legioner "Koreya Səfiri Kuboku" keçiriləcək KL: Əsas mərhələdə Muradın komandasının rəqibləri bəlli olur Qavalayaq! UEFA Avropa Liqasının əsas mərhələsinin püşkatması olacaq Cüdoçularımız Sarayevodakı beynəlxalq turnirdə iştirak edəcəklər Azərbaycan çempionu heyətinə daha bir oyunçu cəlb edib Polşalılar Puxaçı "Sabah"a keçdiyi üçün təhqir edib - "Böyük Dəbilqə": Cüdoçularımız bu gün mübarizəyə start verirlər I Liqa klubunda legioner hücumçu "Sumqayıt"ın ənənəvi Yay Futbol Düşərgəsinə start verilib - AÇ: Yığmamız sonuncu oyuna çıxır Günün oyunları: "Qarabağ" "Tvente"yə məğlub oldu, avrokuboklarla vidalaşdı - Premyer Liqa klublarının yay transferləri Muradın komandası əsas mərhələdə, Mahir KL-lə sağollaşdı

Valdas Dambrauskas: “Oyun ritmimizi itirmişik”

Bölmə adı Futbol / Azərbaycan / Premyer Liqa
Yayımlandı 3-04-2026, 22:56

Ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyununda “Sabah” səfərdə “Qarabağ”la heç-heçə etdi - 2:2.


Sport1.az xəbər verir ki, oyunsonrası mətbuat konfransında Valdas Dambrauskas media önünə çıxıb.


“Hər iki komandanı gözəl oyun münasibəti ilə təbrik edirəm. Azarkeşləri təbrik edirəm. Bu iki komanda sübut etdi ki, azarkeşlər oyundan həzz ala bilər. Fasilədən sonra oynamaq asan deyil. İkinci hissədə çox təzyiq etdilər. Amma qoldan sonra reaksiyamız möhtəşəm idi. İkinci hissənin ikinci yarısında üstün biz idik. Bu hesab cavab oyunu üçün intriqanın qaldığını göstərir. Çempionata köklənməliyik”.



- “Sabah”ın hesabda önə keçməsinin səbəbi bəxt idi?
- İlk yarıda hesabda önə çıxsaq da, qoruya bilmədik. Rəqib çox yaxşı oynadı. İstədiyimiz kimi başlaya bilmədik. Bəsit toplar itirdik. Təşəbbüsü rəqibə vermişdik. Dəyişikliklərdən sonra hissənin sonlarında istədiklərimizi tətbiq edə bildik. Simiçin də qol şansı oldu. Oyun ritmimizi itirmişik, amma oynayıb bunu qazanacağıq.



- Rəhman Daşdəmirov Noqeyranı layiqincə əvəz edə bildi? Əsas heyətdə oynamağa layiqdi?
- O bizim üçün çox önəmlidi. Universaldı. Rəhmanın oyunundan məmnun qaldım.



- Bu cütün qalibinin kubokun qalibi olacağı deyilir. Razısız?
- Mənim üçün önəmli olan növbəti oyunlardı.



- Qəbul etmək lazımdı ki, komandanın sütunlarından biri Puxaçdı. Onun transfer edilməsi üçün rəhbərliklə söhbətiniz olub? O olmasa, avrokuboklarda “Sabah” ciddi problem yaşaya bilər.
- Bütün futbolçularımız önəmlidi. İdman direktorumuz bu barədə düşünür. Rəsmi nəsə olsa, bildirəcəyik. Hazırda Avropa haqda düşünmürəm.



- Kaşuku transfer etmək istədiyiniz deyilir… - “Sabah” xüsusi klubdu. Çox yaxşı planlama, idarəetməmiz var. Namizədlərlə skautlar məşğul olur. Aprelin əvvəlində bu barədə narahat deyiləm. Skaut sistemi həmişə uyğun futbolçular axtarır. Kaşuk haqda yazılanlar şayiədi.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR