
Niderland millisində ciddi itki yaşanıb.
Sport1.az xəbər verir ki, “Liverpul”un müdafiəçisi Jeremi Frimponq zədələnib.
O, dünən milli komandanın heyətində Ekvadorla matçda xəsarət alıb.
Zədəsinin nə qədər ciddi olduğu bilinməyən Frimponqun yaşıl meydanlara qayıdacağı vaxt hələ ki, dəqiq deyil.
Qeyd edək ki, Frimponq ötən yay "Liverpul"a "Bayer"dən keçmişdi.