son dəqiqə SON DƏQİQƏ
Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı "Sabah" "Yuventus"a məğlub olub U-17 Dünya Çempionatı: Təsnifat mərhələsinin görüşləri başa çatıb Milli komanda Fransaya yollanıb II Liqa klubundan yeni transfer Muradın və Mahirin komandaları əsas raundun bir addımlığında "Marafon"dan daha bir transfer "Qarabağ" azarkeşlərinin "Böyük Dəbilqə" turnirində iştirak edəcək idmançılarımız müəyyənləşib Niderland Belçika ilə üz-üzə, Portuqaliya Rumıniyaya qarşı Günün oyunları: UEFA Avropa Liqasında pley-offun cavab oyunları keçirilir - UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkü atılır - Konfrans Liqası: "Qarabağ" bu gün pley-off matçına çıxır - ÇL: "Fənərbağça" 18 ildən sonra əsas mərhələdə - “Yuventus”un qapıçısı B Seriyasında Millimiz Belçikaya məğlub oldu Yeni klubu bəlli oldu “Sabah” Litva klubuna uduzub Vətəninə qayıtdı

Millimizin üzvü: "Özümü xoşbəxt hiss edirəm" - MÜSAHİBƏ

Bölmə adı Futbol / Azərbaycan / Milli / Manşet
Yayımlandı 31-03-2026, 13:55

"FIFA Series - 2026" beynəlxalq turnirində Azərbaycan çempion oldu.


Millimiz 1:1 hesabı ilə bitən matçda Syerra Leoneni penaltilər seriyasında məğlub etdi - 9:8.


Qarşılaşmadan sonra millimizin üzvü Abdulla Rzayev jurnalistlərin suallarını cavablandırdı.


Sport1.az həmin müsahibəni təqdim edir:




– Oyun haqqında fikirləriniz?
– Çətin keçdi. Yaxşı hazırlaşmışdıq və rəqibin zəif olmadığını bilirdik. Şükürlər olsun ki, qələbə qazandıq. Komanda xarakter göstərdi. Bura millidir və əlimizdən gələnin ən yaxşısını etməliyik. Əsas odur ki, istəkli idik. Azarkeşlərimizə də təşəkkür edirəm. Sona kimi dəstəklədilər.





– Bu turnir millidə debütünlə yadda qaldı. Nə hisslər keçirirsən?
– Çox sevincliyəm. Mənim üçün millidə oynamaq qürurvericidir. Burada ölkəmizi təmsil edirik. Çalışacağıq ki, əlimizdən gələnin ən yaxşısını edək. Özümü çox xoşbəxt hiss edirəm.





– Turnir millimizin ilk titulunu qazanması ilə yadda qaldı...
– Çox sevindirici haldır. Turnirdə qalib olmaq əlbəttə gözəl hissdir. Çalışacağıq ki, daha güclü çempionatlarda da yaxşı nəticələr göstərək. Əlimizdən gələni edəcəyik ki, hər rəqibə qarşı yaxşı oynayaq və qələbə qazanaq. Millimiz qələbəyə ac bir komandadır. Biz də çalışacağıq ki, hamını sevindirək.





– Oyunun penaltilər seriyasına gedəcəyini əvvəlcədən düşünürdünüzmü?
– Xeyr. Bu, futboldur və əvvəlcədən nəsə demək olmur. Təbii ki, penaltilərə qalmadan qələbə qazanmaq istəyirdik. Çünki seriyası risklidir. Həm uda, həm də uduza bilərdik.




– “Şamaxı”dan komanda yoldaşlarınızdan millidə görmək istədiyin başqa kimlər var?
– Arzu edirəm ki, layiqli olan bütün futbolçular millidə çıxış etsinlər, debüt etsinlər. Çünki futbolçu üçün bu, qürurverici haldır. Hər oyunçunun əsas məqsədi millidə oynamaqdır. Lakin yığmaya kimin dəvət alıb-almayacağına məşqçilər heyəti qərar verir.


MƏHƏMMƏD HÜSEYNOV

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR