son dəqiqə SON DƏQİQƏ
Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı "Sabah" "Yuventus"a məğlub olub U-17 Dünya Çempionatı: Təsnifat mərhələsinin görüşləri başa çatıb Milli komanda Fransaya yollanıb II Liqa klubundan yeni transfer Muradın və Mahirin komandaları əsas raundun bir addımlığında "Marafon"dan daha bir transfer "Qarabağ" azarkeşlərinin "Böyük Dəbilqə" turnirində iştirak edəcək idmançılarımız müəyyənləşib Niderland Belçika ilə üz-üzə, Portuqaliya Rumıniyaya qarşı Günün oyunları: UEFA Avropa Liqasında pley-offun cavab oyunları keçirilir - UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkü atılır - Konfrans Liqası: "Qarabağ" bu gün pley-off matçına çıxır - ÇL: "Fənərbağça" 18 ildən sonra əsas mərhələdə - “Yuventus”un qapıçısı B Seriyasında Millimiz Belçikaya məğlub oldu Yeni klubu bəlli oldu “Sabah” Litva klubuna uduzub Vətəninə qayıtdı

Ayxan Abbasov: “Bu qələbə bizə stimul oldu”

Bölmə adı Futbol / Milli / Manşet
Yayımlandı 30-03-2026, 22:39

Azərbaycan milli komandası final matçında Syerra Leoneni penaltilər seriyasında məğlub edərək “FIFA Series-2026” turnirinin qalib olub.


Sport1.az xəbər verir ki, yığmamızın baş məşqçisi Ayxan Abbasov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:


“Azarkeşlərə təşəkkür edirəm. Bu gün Sumqayıtda gözəl atmosfer var idi. Bilirdik ki, fərqli oyun olacaq Bunu da gördük. Rəqib bizdən daha gümrah idi. İlk hissədə səhvlərimiz oldu. Hücumda aqressiv ola bilmədik. Rəqib bizi əks-hücumda tutdu. Yaxşı müdafiə olunurdular. İkinci hissəyə dəyişikliklərlə başladıq, tempi yüksək tutmağımız yaxşı oldu, qol vurduq. Çoxdandır ki, azarkeşlər penalti zərbələri görmürdü. Onlar üçün də maraqlı oldu. Bu turnirdə qalib olduğumuz üçün sevinirik. Ancaq bu oyun bizim üçün siqnallar verdi. Biz də artırmalıyıq. Gələcək oyunlara baxacağıq. Çalışacağıq ki, Millətlər Liqasına hazır olaq.


- Bu gün ilk dəfə Afrika təmsilçisi ilə qarşılaşdıq, ilk dəfə penaltilər seriyası oldu. Karyeranızda penaltilər seriyası deyəsən olmayıb. İlk penalti təcrübəsi haqda fikriniz necədir? 
- "Sumqayıt"da işləyəndə olub, "Qarabağ"ı keçmişdik. Millidə bir az fərqli idi. Futbolçular bunun üzərində çalışmamışdı. Amma məşqdən sonra özlərini yoxlayırdılar. Soyuqqanlı olduqlarını göstərdilər. Bu da təcrübədir. Gələcəkdə milliyə xeyri olacaq.


- “FIFA Series-2026” turniri sizin üçün nə verdi?
- Rəqibimiz olan Lixtenşteynin də qrupunu izləyirdik. Tanzaniya ilə oyunlarına baxmışıq. Zəif komanda yoxdur. Toplanışdan maksimum istifadə etmək istədik. Bir çox yeni oyunçular gəldi, onları sınaqdan keçirdik. Allah qoysa, xeyrini görəcəyik.


- Sizin üçün optimal heyət formalaşdı?
- Oyundan-oyuna futbolçular özləri haqda fikir yaradılır. Kimlərinsə zədəli olması işimizi çətinə sala bilər. İndi də zədəlilər var idi. İki komandanı da təhlil edirik. Litva həqiqətən möhkəm komandadır. Onlar evdə çox yaxşı çıxış edirlər. Şanslar bərabərdir. Çalışacağıq ki, qrupun qalibi olaq.


- Rusiyanın "Torpedo" klubunda oynayan Sadıq Bagievi milliyə dəvət etmək planınız var? Rusiya və Ukraynada oynayan həmyerlilərimizə pasport verilməsi çətinlik olmayacaqki?
- Bəyəndiyimiz oyunçular olsa, belə problemin baş verəcəyinə inanmıram. Təbii ki, izlədiklərimiz var. U-21 yığmamıza namizədlər var. İzləyirik. Sadıqa gəldikdə, rəsmi oyuna çağırmışdıq. U-21-in Portuqaliya ilə matçına dəvət etmişdik. Gəlsəydi, Rusiyada legioner sayılacaqdı. Belə deyək, qəbul etmədi. Yəni belə çıxdı. Rusiyada oynayan futbolçuları çağırırıq. Legioner statusu alırlar deyə, hardasa ehtiyat edirlər. Kim can atır, bura layiqdirsə, bizimkilərdən üstündürsə, niyə də olmasın?

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR