
Millimiz “FIFA Series - 2026” beynəlxalq turnirinin qalibi olub.
Sport1.az xəbər verir ki, yığmamız Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən həlledici matçda Syerra Leoneni məğlub edib.
Oyundan sonra mükafatlandırma mərasimi təşkil edilib. Turnirdə 3-cü yeri tutan Sent Lüsiya bürünc, 2-ci pillənin sahibi Syerra Leone gümüş medallarla təltif olunub.
“FIFA Series - 2026” beynəlxalq turnirinin qalibi Azərbaycan millisinə isə qızıl medallar və kubok təqdim edilib. Həmçinin millimizin müdafiəçisi Elvin Cəfərquliyev turnirin ən yaxşı futbolçusu mükafatına layiq görülüb.
Mükafatlandırma mərasimində AFFA-nın baş katibi Cahangir Fərəcullayev, icraçı vitse-prezidenti Sərxan Hacıyev, Syerra Leone Futbol Assosiasiyasının vitse-prezidenti Alie Badara Taravalie və Sent Lüsiya Futbol Assosiasiyasının vitse-prezidenti Valdez Ceyms iştirak ediblər.
Qeyd edək ki, millimiz turnirdə keçirdiyi ilk matçda Sent Lüsiya yığması üzərində 6:1 hesablı tarixi qələbə qazanıb.