Portuqaliya millisinin üzvü “Bavariya”dan ayrılacaq - RƏSMİ

Bölmə adı Almaniya
Yayımlandı 30-03-2026, 19:52

“Bavariya”nın futbolçusu Rafael Qerreyronun gələcəyinə aydınlıq gəlib.


Sport1.az xəbər verir ki, portuqaliyalı müdafiəçi Bundesliqa təmsilçisindən ayrılacaq.


Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


Razılaşmaya əsasən, cari mövsümün sonunda müqaviləsi başa çatacaq 32 yaşlı sol cinah müdafiəçi azad agent olaraq komandanı tərk edəcək.


Qeyd edək ki, Portuqaliya millisinin üzvü 2023-cü ildən “Bavariya”da çıxış edir.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR