
“Qarabağ” nümunəvi addım atıb.
Sport1.az xəbər verir ki, Ağdam təmsilçisi Azərbaycan Kubokunun yarımfinal turu çərçivəsində “Sabah” ilə keçiriləcək ev oyununda komandanı dəstəkləmək istəyən xanım azarkeşlər üçün girişin tamamilə pulsuz olacağını açıqlayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, "Qarabağ" - "Sabah" matçı aprelin 3-ü saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.