son dəqiqə SON DƏQİQƏ
Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı "Sabah" "Yuventus"a məğlub olub U-17 Dünya Çempionatı: Təsnifat mərhələsinin görüşləri başa çatıb Milli komanda Fransaya yollanıb II Liqa klubundan yeni transfer Muradın və Mahirin komandaları əsas raundun bir addımlığında "Marafon"dan daha bir transfer "Qarabağ" azarkeşlərinin "Böyük Dəbilqə" turnirində iştirak edəcək idmançılarımız müəyyənləşib Niderland Belçika ilə üz-üzə, Portuqaliya Rumıniyaya qarşı Günün oyunları: UEFA Avropa Liqasında pley-offun cavab oyunları keçirilir - UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkü atılır - Konfrans Liqası: "Qarabağ" bu gün pley-off matçına çıxır - ÇL: "Fənərbağça" 18 ildən sonra əsas mərhələdə - “Yuventus”un qapıçısı B Seriyasında Millimiz Belçikaya məğlub oldu Yeni klubu bəlli oldu “Sabah” Litva klubuna uduzub Vətəninə qayıtdı

“Sumqayıt”ın prezidenti mükafatlandırılıb

Bölmə adı Premyer Liqa
Yayımlandı 29-03-2026, 16:37

"Sumqayıt"ın prezidenti Riad Rəfiyev Avropa Futbol Klubları (EFC) və "Harvard Business School"un birgə layihəsi olan "Executive Leadership Programme" proqramını uğurla başa vurub.


Sport1.az xəbər verir ki, yüksək səlahiyyətli futbol menecerləri üçün nəzərdə tutulmuş bu proqram liderlik, strateji qərarvermə və innovativ idarəçilik bacarıqlarının inkişafına yönəlib.


 Tədris prosesi "Harvard Business School"un məşhur “case-study” metodologiyası əsasında qurulub və iştirakçılara real biznes və futbol sənayesi nümunələri üzərindən praktiki biliklər təqdim edilib.


Proqram çərçivəsində iştirakçılar ABŞ-nin Boston şəhərində yerləşən Harvard kampusunda keçirilən intensiv sessiyalarda, həmçinin onlayn dərslərdə və Avropada təşkil olunan yekun mərhələdə iştirak ediblər.


Proqramın mükafatlandırma mərasimi Parisdə, "Park de Prens" stadionunda keçirilib.


Qeyd edək ki, sözügedən proqram EFC və "Harvard Business School"un ilk birgə layihəsidir. İlk tədris prosesində PSJ, "Mançester Siti", "Çelsi", "Yuventus", "Nyukasl", "Monako", "Fənərbağça", "Real Betis" və digər Avropa klublarının top menecerləri iştirak ediblər.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR