son dəqiqə SON DƏQİQƏ
Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı "Sabah" "Yuventus"a məğlub olub U-17 Dünya Çempionatı: Təsnifat mərhələsinin görüşləri başa çatıb Milli komanda Fransaya yollanıb II Liqa klubundan yeni transfer Muradın və Mahirin komandaları əsas raundun bir addımlığında "Marafon"dan daha bir transfer "Qarabağ" azarkeşlərinin "Böyük Dəbilqə" turnirində iştirak edəcək idmançılarımız müəyyənləşib Niderland Belçika ilə üz-üzə, Portuqaliya Rumıniyaya qarşı Günün oyunları: UEFA Avropa Liqasında pley-offun cavab oyunları keçirilir - UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkü atılır - Konfrans Liqası: "Qarabağ" bu gün pley-off matçına çıxır - ÇL: "Fənərbağça" 18 ildən sonra əsas mərhələdə - “Yuventus”un qapıçısı B Seriyasında Millimiz Belçikaya məğlub oldu Yeni klubu bəlli oldu “Sabah” Litva klubuna uduzub Vətəninə qayıtdı

Musa Qurbanlı öz çıxışından narazıdır - AÇIQLAMA

Bölmə adı Milli / Manşet
Yayımlandı 28-03-2026, 19:30

"FIFA Series - 2026" beynəlxalq turnirində Azərbaycan Sent Lüsiyanı darmadağın etdi - 6:1.


Qarşılaşmadan sonra millimizin üzvü Musa Qurbanlı jurnalistlərin suallarını cavablandırdı.


Sport1.az xəbər verir ki, hücumçu fərdi performansını belə dəyərləndirdi:


“Düzdür, qol vurmağı bacardım, amma düşünürəm ki, daha yaxşı çıxış edə, fərqlənə bilərdim. Əsas məsələ komandaya xeyir verməkdir.”


O, qələbənin əhəmiyyətinə də toxundu:


“Uzun müddət idi ki, qalib gələ bilmirdik. Bu baxımdan nəticə bizim üçün çox önəmli idi və buna görə sevincliyik. Milli komandada çıxış edərkən rəqibin kim olmasından və oyunun hansı status daşımasından asılı olmayaraq, əsas məqsəd hər zaman qalib gəlməkdir.”


Hücumçu böyükhesablı qələbənin komandaya əlavə motivasiya verdiyini bildirdi:


“Sevindirici haldır. Bu uğur qarşıdakı rəsmi oyunlar öncəsi bizə əlavə motivasiya və özünəinam qazandırdı.”


Qurbanlı növbəti oyun barədə fikirlərini bölüşdü:


“Syerra Leone yığması ilə qarşılaşmaya da eyni məqsəd üçün çıxacağıq. Əsas diqqətimizi hazırlıq prosesinə yönəldəcəyik ki, növbəti toplanışa qədər optimal formaya çata bilək. Hücumda nə qədər məhsuldar olsaq, bu, komandamızın xeyrinə olacaq və nəticələrimizə müsbət təsir göstərəcək.


MƏHƏMMƏD HÜSEYNOV

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR