son dəqiqə SON DƏQİQƏ
UEFA Konfrans Liqası: Əsas mərhələnin püşkü atılıb "İmişli" Dekonu transfer edib Azərbaycan II Liqası: 1-ci turun oyun cədvəli açıqlanıb Avropa Liqası: Əsas mərhələnin püşkatma mərasimi keçirilib Zamiqin komandasının rəqibləri müəyyənləşib - Murad Məmmədovun komandasının əsas raunddakı rəqibləri bəlli olub "Sabah"ın məğlub etdiyi komanda AL-da Türkiyə nəhənginə rəqib oldu "Neftçi"nin yetirməsi "Şəmkir"də Cüdoçularımızdan uğursuz start Lazımsız yerdə tələsən AFFA Fransadakı beynəlxalq turnirdə üç idmançı Azərbaycanı təmsil edəcək Turun mərkəzi qarşılaşmasının hakim təyinatları açıqlanıb "Gəncə"də daha bir legioner "Koreya Səfiri Kuboku" keçiriləcək KL: Əsas mərhələdə Muradın komandasının rəqibləri bəlli olur Qavalayaq! UEFA Avropa Liqasının əsas mərhələsinin püşkatması olacaq Cüdoçularımız Sarayevodakı beynəlxalq turnirdə iştirak edəcəklər Azərbaycan çempionu heyətinə daha bir oyunçu cəlb edib Polşalılar Puxaçı "Sabah"a keçdiyi üçün təhqir edib - "Böyük Dəbilqə": Cüdoçularımız bu gün mübarizəyə start verirlər I Liqa klubunda legioner hücumçu "Sumqayıt"ın ənənəvi Yay Futbol Düşərgəsinə start verilib - AÇ: Yığmamız sonuncu oyuna çıxır Günün oyunları: "Qarabağ" "Tvente"yə məğlub oldu, avrokuboklarla vidalaşdı - Premyer Liqa klublarının yay transferləri Muradın komandası əsas mərhələdə, Mahir KL-lə sağollaşdı

Ayxan Abbasovun diqqətinə: MLS-də çıxış edən futbolçu Azərbaycan millisində oynamaq istəyir

Bölmə adı Azərbaycan / Manşet
Yayımlandı 26-03-2026, 19:44

Nəriman Axundzadənin ABŞ təmsilçisi “Kolumbus Kru” klubuna keçdiyi hər kəsə məlumdur.


Bir çoxları düşünür ki, 21 yaşlı hücumçu MLS-də çıxış edən ilk yerli futbolçudur. Lakin vəziyyət tam da belə deyil.


Sport1.az-ın əldə etdiyi məlumata görə, həmin çempionatda çıxış edən daha bir azərbaycanlı futbolçu da var. 


Söhbət “Hyuston Dinamo” formasını geyinən Roman Kərimovdan gedir.


18 yaşlı qolkiper 4 ildir ki, ABŞ-da yaşayır. Üç mövsümdür ki, “Hyuston Dinamo”nun ikinci komandasında çıxış edir.


Futbolçunun verdiyi açıqlamaya görə, atası və babası azərbaycanlıdır. O, gələcəkdə şans veriləcəyi təqdirdə millimizdə çıxış etməyi arzuladığını bildirib.


Qeyd edək ki, 185 sm boya malik oyunçunun yalnız Rusiya vətəndaşlığı var.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR