Almaniya klubu baş məşqçisi ilə yollarını ayıra bilər

Bölmə adı Almaniya
Yayımlandı 25-03-2026, 19:35

Almaniya Bundesliqası təmsilçisi “Ayntraxt”da ayrılıq yaşana bilər.


Sport1.az xəbər verir ki, komandanın baş məşqçisi Albert Riera vəzifəsindən ayrıla bilər.


Bu barədə “Bild” nəşri məlumat yayıb.


Mənbənin iddiasına görə, Frankfurt təmsilçisinin rəhbərliyi 43 yaşlı mütəxəssisin fəaliyyətindən narazıdır.


Qeyd edək ki, Riera bu ilin yanvar ayında komandanın baş məşqçisi təyin olunub. Komanda onun rəhbərliyi altında keçirdiyi 7 rəsmi matçda 3 qələbə, 2 heç-heçə və eyni sayda məğlubiyyətlə üzləşib.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR