son dəqiqə SON DƏQİQƏ
Millimiz “Antalyaspor”u məğlub edib ● “Zirə”nin rəhbəri Qırğızıstanda ● Dambrauskas: “Buna siz qərar verərsiniz” ● Vernidub: “Baş məşqçi başqa cür düşünsə…” ● "Araz-Naxçıvan" "Kəpəz"ə uduzub, "Sabah" - "Neftçi" oyununda heç-heçə ● Azərbaycan Kuboku: 29 illik rekord təkrarlandı ● Badmintonçularımız beynəlxalq inkişaf turnirində ● Yuri Maksimov: “Tələskənlikdən oyuna nəzarət edə bilmədik” ● Azər Məmmədov: “Bizim üçün qazandığımız hər xal 6-ya bərabərdir” ● “Azərbaycan stolüstü tennisinin uğurları təsadüfi deyil” ● “Neftçi” - “Sabah”: ● Almatıda bürünc medal ● Bərdəlilər "Ağdaş"ı darmadağın etdi ● MOİK "Mingəçevir"i məğlub edib, Şamaxıda qalib müəyyənləşmədi ● AÇ: Səma Abbasova finala yüksəlib ● Azərbaycan Kuboku: ● Azərbaycan Kubokunda yeni rekord ● Azərbaycan Kuboku: "Ağdaş" evdə "Hypers"lə bacarmayıb ● Azərbaycanın U-15 millisinin təlim-məşq toplanışı baş tutacaq ● "Neftçi" "Sabah"la matçdan öncə azarkeşlərinə müraciət ünvanladı ● "Araz-Naxçıvan" - "Kəpəz": ● "Neftçi" - "Sabah": Turun mərkəzi matçına nə qədər bilet satılıb? ● Kiçik kənddə böyük futbol ● AMADA-dan "Kəpəz" üçün seminar ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Kotsoyev mundialla erkən vidalaşdı ● BOS Çempionlar Liqasına hazırdır ● Günün oyunları: ● DÇ: Zelim Kotsoyev 1/8 finalda ●

Kişi voleybolunda həlledici turlar bu tarixdə başlayacaq

Bölmə adı Voleybol
Yayımlandı 22-03-2026, 17:49

Kişi voleybolçuların Yüksək Liqa yarışlarında müntəzəm çempionat sona yaxınlaşır.


Sport1.az xəbər verir ki, turnirin pley-off mərhələsinə vəsiqə qazanacaq komandaların müəyyənləşəcəyi son iki turun oyun cədvəli bəlli olub.


19-cu turun qarşılaşmaları martın 26-da, mövsümün sonuncu - 20-ci turunun oyunları isə martın 30-da keçiriləcək. 20 turun yekun nəticələrinə əsasən, turnir cədvəlində ilk dörd pilləni tutan komandalar çempionluq mübarizəsini növbəti mərhələdə davam etdirmək hüququ qazanacaqlar.


Pley-off mərhələsinin reqlamentinə əsasən, 1/2 final görüşləri ev və səfər prinsipi ilə iki oyundan ibarət olacaq. Əgər iki qarşılaşmanın nəticəsinə görə komandaların qələbə sayı bərabər olarsa, finalçını müəyyən etmək üçün “qızıl set” oynanılacaq.


Çempionatın ən həyəcanlı məqamı olan bürünc və qızıl medal uğrunda həlledici görüşlər isə cəmi bir oyundan ibarət olacaq.


Kişilər

Müntəzəm mövsümün son turları

26 mart

19-cu tur

15:00. "Gənclər" – "Murov Az Terminal"

(Abşeron Olimpiya İdman Kompleksi)

16:00. "Azərreyl" – "Ordu"

18:00. "Xilasedici" – "Neftçi"

(Fövqəladə Hallar Nazirliyinin idman zalı)


30 mart

20-ci tur (son tur)

14:00. "Ordu" – "Gənclər"

16:00. "Neftçi" – "Azərreyl"

18:00. "Murov Az Terminal" – "Xilasedici"

(Fövqəladə Hallar Nazirliyinin idman zalı)

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR