son dəqiqə SON DƏQİQƏ
Millimiz “Antalyaspor”u məğlub edib ● “Zirə”nin rəhbəri Qırğızıstanda ● Dambrauskas: “Buna siz qərar verərsiniz” ● Vernidub: “Baş məşqçi başqa cür düşünsə…” ● "Araz-Naxçıvan" "Kəpəz"ə uduzub, "Sabah" - "Neftçi" oyununda heç-heçə ● Azərbaycan Kuboku: 29 illik rekord təkrarlandı ● Badmintonçularımız beynəlxalq inkişaf turnirində ● Yuri Maksimov: “Tələskənlikdən oyuna nəzarət edə bilmədik” ● Azər Məmmədov: “Bizim üçün qazandığımız hər xal 6-ya bərabərdir” ● “Azərbaycan stolüstü tennisinin uğurları təsadüfi deyil” ● “Neftçi” - “Sabah”: ● Almatıda bürünc medal ● Bərdəlilər "Ağdaş"ı darmadağın etdi ● MOİK "Mingəçevir"i məğlub edib, Şamaxıda qalib müəyyənləşmədi ● AÇ: Səma Abbasova finala yüksəlib ● Azərbaycan Kuboku: ● Azərbaycan Kubokunda yeni rekord ● Azərbaycan Kuboku: "Ağdaş" evdə "Hypers"lə bacarmayıb ● Azərbaycanın U-15 millisinin təlim-məşq toplanışı baş tutacaq ● "Neftçi" "Sabah"la matçdan öncə azarkeşlərinə müraciət ünvanladı ● "Araz-Naxçıvan" - "Kəpəz": ● "Neftçi" - "Sabah": Turun mərkəzi matçına nə qədər bilet satılıb? ● Kiçik kənddə böyük futbol ● AMADA-dan "Kəpəz" üçün seminar ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Kotsoyev mundialla erkən vidalaşdı ● BOS Çempionlar Liqasına hazırdır ● Günün oyunları: ● DÇ: Zelim Kotsoyev 1/8 finalda ●

Qadın voleybolunda pley-off həyacanı bu tarixdə başlayacaq

Bölmə adı Voleybol
Yayımlandı 22-03-2026, 16:20

Azərbaycan qadın voleybolçularının Yüksək Liqasında pley-off mərhələsinin oyun təqvimi və keçirilmə qaydaları müəyyənləşib.


Sport1.az xəbər verir ki, çempionluq uğrunda həlledici qarşılaşmalara martın 27-də start veriləcək.


Pley-off mərhələsində 1/4 və 1/2 final görüşləri ev və səfər prinsipi əsasında, iki oyundan ibarət formatda təşkil olunacaq. Reqlamentə əsasən, hər iki oyunun nəticəsində komandaların qələbə sayı bərabər olarsa, növbəti mərhələyə yüksələn tərəfi müəyyən etmək üçün “qızıl set” oynanılacaq.


Turnirin həlledici mərhələsində bürünc və qızıl medal uğrunda görüşlər isə fərqli formatda keçiriləcək. Bu qarşılaşmalar cəmi bir oyundan ibarət olacaq və qalib komandalar birbaşa mükafatçıları müəyyən edəcək. Hazırda pley-offa vəsiqə qazanan klublar həlledici oyunlar öncəsi son hazırlıqlarını tamamlayırlar.


Qadınlar

Pley-off mərhələsi

27 mart

1/4 final, ilk oyunlar

15:00. "Murov Az Terminal" – "Turan"

17:00. "Azərreyl" – "DH Volley"

(Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi)


28 mart

1/4 final, ilk oyunlar

15:00. "Abşeron" – "Milli Aviasiya Akademiyası"

17:00. UNEC – "Gəncə"

(Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi)


2 aprel

1/4 final, cavab oyunları

16:00. "Turan" – "Murov Az Terminal"

(Tovuz Olimpiya İdmam Kompleksi)

18:00. "DH Volley" – "Azərreyl"

(Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi)


3 aprel

1/4 final, cavab oyunları

16:00. "Milli Aviasiya Akademiyası" – "Abşeron"

18:00. "Gəncə" – UNEC

(Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi)

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR