son dəqiqə SON DƏQİQƏ
Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı "Sabah" "Yuventus"a məğlub olub U-17 Dünya Çempionatı: Təsnifat mərhələsinin görüşləri başa çatıb Milli komanda Fransaya yollanıb II Liqa klubundan yeni transfer Muradın və Mahirin komandaları əsas raundun bir addımlığında "Marafon"dan daha bir transfer "Qarabağ" azarkeşlərinin "Böyük Dəbilqə" turnirində iştirak edəcək idmançılarımız müəyyənləşib Niderland Belçika ilə üz-üzə, Portuqaliya Rumıniyaya qarşı Günün oyunları: UEFA Avropa Liqasında pley-offun cavab oyunları keçirilir - UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkü atılır - Konfrans Liqası: "Qarabağ" bu gün pley-off matçına çıxır - ÇL: "Fənərbağça" 18 ildən sonra əsas mərhələdə - “Yuventus”un qapıçısı B Seriyasında Millimiz Belçikaya məğlub oldu Yeni klubu bəlli oldu “Sabah” Litva klubuna uduzub Vətəninə qayıtdı

Yuri Vernidub azərbaycanlı hakimlərdən narazıdır - MÜSAHİBƏ

Bölmə adı Premyer Liqa
Yayımlandı 22-03-2026, 14:39

"Neftçi"nin baş məşqçisi Yuri Vernidub Sport.ua portalının suallarını cavablandırıb.


Sport1.az həmin müsahibəni təqdim edir...


- Yeni şəraitə artıq öyrəşmisiniz, Azərbaycan futbolunda işləmək sizin üçün necədir?

- Artıq öyrəşmişəm. Səhər saat 7-də oyanıram, qəhvəmi içirəm, maşına minirəm və klubun bazasına yollanıram. Səhər saat 8:00 və ya 8:30-da orada oluram. Səhərdən axşama qədər bütün vaxtımı bazada keçirirəm. Günüm yalnız futbolla bağlıdır, yalnız axşam evə qayıdıram. Mənim üçün Azərbaycanda işləmək hər yerdə olduğu kimidir. Futbol işi hər yerdə eynidir: maraqlı və tələbkardır, eyni zamanda özünəməxsus xüsusiyyətləri var. Daha yaxşı hakimlik istərdim, amma nə varsa, odur. Əvvəlki oyunların birində özümü şərh verməkdən güclə saxladım. Mənim üçün ən vacib olan komandamın oynamasıdır. Digər məsələlərə gəldikdə, başqalarının şərh verməsi daha yaxşıdır. 


Bu mövsüm Premyer Liqadakı turnir cədvəlinə baxanda, "Neftçi" artıq çempionluq uğrunda mübarizə aparmır. Komanda nəyə fokuslanıb?

- Performansı yaxşılaşdırmaq və potensialımızı maksimum dərəcədə artırmaq təklifinə cavab olaraq “Neftçi”yə keçmişəm. Yeni oyunçu gətirmədim, məndən əvvəl olan heyət idi. Deyə bilərəm ki, buradakı uşaqlar kifayət qədər yaxşı təlim keçmiş, texniki cəhətdən bacarıqlı və sürətlidirlər. Hələ də medal qazanmaq şansımız var, çünki hələ qarşıda oyunlar çoxdur. Sona qədər mübarizə aparacağıq, başqa nə edə bilərik? Avrokuboklara vəsiqə qazanmaq üçün turnir cədvəlində mümkün qədər yüksəklərə qalxmaq istərdik. "Neftçi"yə gəldiyim vaxtlarda ilk dördlükdə qərarlaşan klublarla aramızdakı xal fərqi çox böyük idi. Ancaq indi azalıb. Ona görə də mübarizə aparacağıq və hər şeyi zaman göstərəcək.


- Komanda ilə tez əlaqə qura bildiniz?

- Bununla bağlı hər şey qaydasındadır. Uşaqlar hər şeyi başa düşür və istədiyim bütün tapşırıqları, göstərişləri yerinə yetirirlər. Onların işə yanaşmasını bəyənirəm. Çempionatın sonunda harada olduğumuzu, nə baş verdiyini və necə olduğunu görəcəyik.


- "Çernomorets"in keçmiş oyunçusu Andrey Ştoqrin sizin komandanızda oynayır. Ukraynalılrdan başqa kim var?

- Hələlik başqa oyunçu yoxdur. Görmək istədiyim oyunçular bura gəlməyəcək, onların yaxşı müqavilələri var və yaxşı komandalarda oynayırlar. Mənə təklif olunan oyunçuları isə yaxşı tanıyıram. Onlara ehtiyacım yoxdur.


- Həyat yoldaşınız sizinlədir?

- Bəli, Bakıdadır. O, məni gözləyir və şam yeməyi hazırlayır. Mən şam yeməyini həmişə evdə yeyirəm. Lesya ilə masada oturub söhbət edirik. Sonra dincəlirik və yatırıq. Həyat yoldaşıma gəldikdə isə, o, yeni yerində özünü yaxşı hiss edir. Hər bir qadın kimi, onun üçün də ən vacib şey Azərbaycan paytaxtının sakit və dinc olmasıdır. O, həmçinin çox gözəl olan Bakıda gəzməyə vaxt tapır.


- Doğma vətəninizlə bağlı hadisələrdən xəbərdarsınız?

- Əlbəttə. Biz hər gün Ukraynadan xəbərlər oxuyuruq. Bu, ağrılıdır. Bu axmaq müharibə çox kədər gətirdi. Həyat yoldaşımın qardaşı oğlu artıq iki ildir ki, döyüşür. Drujkovka, Kostyantinovka - bu bölgədə vəziyyət çox istidir. Biz daim əlaqə saxlayırıq. Bu yaxınlarda ona zəng etdim və öyrəndim ki, onların maşını cəbhə xəttində vurulub. Onlara Nissan Navara pikapını aldım və göndərdim. Bunu qəbul etdilər, Allaha şükür hər şey yaxşıdır.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR