
"Misli" və Peşəkar Futbol Liqasının birgə keçirdiyi "Ayın qolu" layihəsi çərçivəsində fevral ayının ən yaxşı qolunun müəllifi olan Alessio Kurçi mükafatlandırılıb.
Sport1.az xəbər verir ki, məlumatı PFL-in rəsmi saytı yayıb. Bakı təmsilçisinin futbolçusuna mükafatı Misli Premyer Liqasının XXV turunun "Neftçi" – "İmişli" görüşündən əvvəl Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov təqdim edib.