son dəqiqə SON DƏQİQƏ
Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı "Sabah" "Yuventus"a məğlub olub U-17 Dünya Çempionatı: Təsnifat mərhələsinin görüşləri başa çatıb Milli komanda Fransaya yollanıb II Liqa klubundan yeni transfer Muradın və Mahirin komandaları əsas raundun bir addımlığında "Marafon"dan daha bir transfer "Qarabağ" azarkeşlərinin "Böyük Dəbilqə" turnirində iştirak edəcək idmançılarımız müəyyənləşib Niderland Belçika ilə üz-üzə, Portuqaliya Rumıniyaya qarşı Günün oyunları: UEFA Avropa Liqasında pley-offun cavab oyunları keçirilir - UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkü atılır - Konfrans Liqası: "Qarabağ" bu gün pley-off matçına çıxır - ÇL: "Fənərbağça" 18 ildən sonra əsas mərhələdə - “Yuventus”un qapıçısı B Seriyasında Millimiz Belçikaya məğlub oldu Yeni klubu bəlli oldu “Sabah” Litva klubuna uduzub Vətəninə qayıtdı

"Kəpəz" mövsümün son oyununu Gəncədə keçirəcək? – Azər Bağırov AÇIQLADI

Bölmə adı Premyer Liqa
Yayımlandı 20-03-2026, 18:29

Misli Premyer Liqasının XXV turunun “Kəpəz” – “Qarabağ” oyunundan (1:0) sonra meydan sahibi komandanın baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırdı.


Sport1.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi:


"Danışmaq çətindir. Azərbaycan çempionuna qarşı mübarizə aparırdıq. Şükürlər olsun, əziyyət çəkdik, qələbə qazandıq. “Qarabağ” dominantlıq etdi, futbolçularıma təşəkkür edirəm ki, bu mübarizədən qalib çıxdıq".


Yusif İmanov oyunun qəhrəmanlarından idi…

– Heç kimi fərqləndirmək istəmirəm. Qapıçı komandanın yarısıdır. Bu gün hər futbolçu qələbənin həzzini dadmaq istəyirdi. Futbolçularıma “5” düşür.


Bu mövsüm ikinci dəfə “Qarabağ”ı məğlub etdiniz. Onlar üçün keçilməz sədd olmusunuz.

– Bəzi situasiyalarda bəxtimiz gətirdi. “Qarabağ” bizdən qat-qat üstün idi. Qismətdə qələbə var imiş.


Komandanın liqada qaldığını demək olar?

– Hələ yox. Qarşıda turlar var. Milli fasilədən sonra mübarizə daha çətin olacaq. Komandalar son dövrədə fərqli yanaşacaqlar.


Oyunun sonlarında futbolçular sanki ötürmələr etmirdi…

– Oyunun yorğunluğundan irəli gələn qərarlar idi.


Yeni mövsümün planları baxımından rəhbərliklə danışıq olub?

– Bu yaxınlarda oturub, daha detallı danışacağıq. İndidən nələrisə etməliyik ki, sabahımız yaxşı olsun. Bu gün gördüyümüz iş sabahımız üçün “kart”dır.


Söhbətlər var ki, mövsümün son oyunu Gəncədə olacaq. Sizdə belə məlumat var?

– Mənim səlahiyyətimdə yoxdur ki, deyim harda oynayaq. Hava şəraitinin də meydançanın hazır olması üçün önəmi var. Çalışırlar ki, mayın sonuna kimi meydançanı çatdırsınlar. Biz də azarkeşlərimiz önündə oynamaq istəyirik.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR