
Azərbaycan cüdoçusu Turan Bayramov (66 kq) Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunan “Böyük Dəbilqə” turnirində final mərhələsinə vəsiqə qazanıb.
Sport1.az xəbər verir ki o, yarımfinal qarşılaşmasında Gürcüstan təmsilçisi Tornike Qiqauriyə qalib gəlib.
Bayramov bu görüşdə rəqibini ipponla məğlub edərək həlledici mərhələyə yüksəlib.
Onun həlledici mərhələdəki rəqibi Nurkanat Serikbayev (Qazaxıstan) olacaq.