son dəqiqə SON DƏQİQƏ
Bakıda karate üzrə seminar baş tutub Argentina millisinin üzvü “İpsviç”də Sona Ağayeva Dünya Çempionatının 1/8 finalında Messinin komandasında baş məşqçi dəyişikliyi “Çelsi”nin futbolçusu La Liqa klubunda Oxatanlarımızdan Belarusda 2 medal Ölkə çempionatı keçiriləcək UEFA Konfrans Liqası: Əsas mərhələnin püşkü atılıb "İmişli" Dekonu transfer edib Azərbaycan II Liqası: 1-ci turun oyun cədvəli açıqlanıb Avropa Liqası: Əsas mərhələnin püşkatma mərasimi keçirilib Zamiqin komandasının rəqibləri müəyyənləşib - Murad Məmmədovun komandasının əsas raunddakı rəqibləri bəlli olub "Sabah"ın məğlub etdiyi komanda AL-da Türkiyə nəhənginə rəqib oldu "Neftçi"nin yetirməsi "Şəmkir"də Cüdoçularımızdan uğursuz start Lazımsız yerdə tələsən AFFA Fransadakı beynəlxalq turnirdə üç idmançı Azərbaycanı təmsil edəcək Turun mərkəzi qarşılaşmasının hakim təyinatları açıqlanıb "Gəncə"də daha bir legioner "Koreya Səfiri Kuboku" keçiriləcək KL: Əsas mərhələdə Muradın komandasının rəqibləri bəlli olur Qavalayaq! UEFA Avropa Liqasının əsas mərhələsinin püşkatması olacaq Cüdoçularımız Sarayevodakı beynəlxalq turnirdə iştirak edəcəklər Azərbaycan çempionu heyətinə daha bir oyunçu cəlb edib Polşalılar Puxaçı "Sabah"a keçdiyi üçün təhqir edib - "Böyük Dəbilqə": Cüdoçularımız bu gün mübarizəyə start verirlər

"Kəpəz"lə oyunda "Qarabağ"ın penaltisi verilmədi? – Qurban Qurbanov AÇIQLADI

Bölmə adı Premyer Liqa
Yayımlandı 20-03-2026, 18:09

Misli Premyer Liqasının XXV turunun “Kəpəz” – “Qarabağ” oyunundan (1:0) sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.


Sport1.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi:


“Kəpəz” çox yaxşı qalibiyyət əldə etdi. Meydanda yaxşı atmosfer var idi. Futboldur, belə nəticələr olur. Məğlub olduq, deyiləcək çox söz yoxdur".


– Məğlubiyyətə səbəb nə oldu?

– Pis hazırlaşmamışdıq. Futbolçular da istəkli idi. Xeyli sayda epizodlarımız oldu. Rəqibin bir epizou qolla nəticələndi. Günümüz deyildi.


Quba stadionundan sonra ən çox narazılıq yaradan arena Yevlax stadionudur. Meydança amili nə dərəcə təsir etdi?

– İndi meydançanı səbəb gətirmək düzgün deyil. Ümumi götürəndə süni örtüklüdür. Amma pis deyildi.


Bu mövsüm ikinci dəfə “Kəpəz”ə uduzdunuz. Rəqib sizə qarşı xüsusi motivasiya ilə çıxır?

– Ola bilər, birinci oyunda komandada yorğunluq var idi. İstədiyimiz oyunu oynaya bilməmişdik. Bu gün çox yaxşı hazırlaşmışdıq. İki tərəf də istəkli idi. Epizodlarımızdan istifadə edə bilmədik.


Təyin olunmayan penalti ilə bağlı fikirləriniz?

– Mən narazılıq edəndə çox böyüyür. Meydandakı hakim görmədi, VAR 3-4 dəfə baxdı, görmədi…


Siz baxdınız?

– Məncə, penalti idi. Kamilodan da soruşdum ki, ayağına dəyişmişdi, dedi, hə. Penalti yoxdursa, görək nə deyəcəklər. Rauf Cabarov da sağ olsun.


Hakimlər Komitəsinin sədri qərarları təsdiqləyir…

– Təsdiqləyər də… Nəsə demək olmaz.


Qarşıda 9 oyun var. Çempionluq şanslarınızı necə dəyərləndirirsiniz?

– Mübarizəmizi davam etdirəcəyik. Hər oyuna qələbə üçün çıxırıq. Azarkeşlərimizə hər matçda qalibiyyət vermək istəyirik. Azarkeşlərimiz qələbə, bol qollu oyun üçün gəlirlər. Hər oyuna belə çıxacağıq. Çempionluq titulu elədir ki, bəzən sənin qazanmağından sonra rəqibin xal itirməyi həlledici olur. “Sabah”ın bundan sonra bu qədər xal itirməsi çətin görünür. Yaxşı formadadırlar. Sona kimi mübarizə aparacağıq.


Şahruddin milliyə dəvət alıb. Onun oyun forması necədir? 

– Texniki məşqlər edir. Tam hazır deyil. Amma oyun məşqlərində iştirak etmir. Qarşıdakı fasilədə komandaya qoşulmalıdır.


Gənclərə nə üçün şans vermirsiniz?

– İndi elə perioddayıq ki, komandanın formasını qaytarmalıyıq. Ona görə bütün oyunçuların idman formasını yaxşılaşdırmaq istəyirik. Qarşıdakı matçlarda gənclərə də şans ola bilər.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR