son dəqiqə SON DƏQİQƏ
Qurban Qurbanov: “Yaxşı oyunlarımızdan birini keçirməyə çalışacağıq” Aaron Maluda: “Bazel”in ambisiyaları mənim məqsədlərimlə üst-üstə düşür” ÇSKA-nın baş məşqçisi: “Güclü tərəflərimizi nümayiş etdirməliyik” Tahir Gözel Bolqarıstana yollanıb I Liqada çıxış edəcək UEFA-dan FİFA-nın Dünya Kuboku planına sərt reaksiya “Sabah”dan “Bazel”ə İcra başçısı "Kəpəz"in İdarə Heyətinin sədri ilə görüşdü Daha 5 il “İnter”də DÇ-nin qəhrəmanı yeni klubunu tapdı “Payde”nin baş məşqçisi: “Nə etmək lazım olduğunu bilirik” Cüdo üzrə Liqa yarışının III turu start götürüb "Tarixin yazıldığı sehrli bir gecə" İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul etdi Millimizin üzvü Macarıstanda legioner həyatı yaşayacaq "Qarabağ"ın sabiq qapıçısı Super Liqa klubu ilə müqavilə imzaladı Federasiya tərəfindən Gədəbəydə taekvondo tədbiri keçiriləcək "Qarabağ" Bolqarıstana yollandı Premyer Liqa klublarının yay transferləri "Şəfa" müdafiəçisi ilə vidalaşdı "Zirə"nin müdafiəçisi: "Biz də bütün hazırlıqlarımızı bu yöndə aparmışıq" "Avrokuboka görə daxili çempionatı qurban vermək istəmirik" "Neftçi" Bolqarıstanda "Xankəndi"də yeni təyinat Neymar karyerasını başa vurdu Azərbaycan klubu braziliyalı məşqçi ilə müqavilə imzaladığını açıqladı AMADA-nın icraçı direktoru tələbələrlə görüşüb "Bununla kifayətlənməyəcəyik"

Güləşçimiz Avropa Çempionatının finalına vəsiqə qazanıb

Bölmə adı Güləş
Yayımlandı 9-06-2025, 21:46

Bu gün Şimali Makedoniyanın paytaxtı Skopyedə güləş üzrə U-17 Avropa Çempionatı start götürüb.

Sport1.az xəbər verir ki, iyunun 15-də başa çatacaq birinciliyin ilk günündə yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.

Xalçaya çıxan Azərbaycan millisinin 5 idmançısından 3-ü yarımfinala vəsiqə qazanıb.

Yunan-Roma güləşi
4️8️ kq
Qurban Məcnunov debütdə macarıstanlı Qerqo Zatkoya (11:2) və türkiyəli Barış Soyluya (6:1) qalib gələrək yarımfinala yüksəlib. O, yarımfinalda ermənistanlı Martin Manjikyanla güləşib. Hesab 6:6 olsa da, rəqib idmançı keyfiyyət xalı hesab qalib gəlib. Qurban bürünc uğrunda Nikolaos Zinisa (Yunanıstan) qarşılaşacaq.

5️5️ kq
Ayxan Əsədli belaruslu Aleksandr Beliakova 6:3 hesabıyla qalib gəlsə də, 1/4 finalda rusiyalı Danil Lojkinə "tuş"la məğlub olub. Onun rəqibi finala yüksəldiyindən, güləşçimiz təsəlliverici görüşlərə qatılacaq.

6️5️ kq
Ramil Musayev italiyalı Alessio Arankioya "tuş"la qalib gələrək 1/8 finala yüksəlib. Ancaq bu mərhələdə belaruslu Vladislav Salavyova 3:5 hesabıyla məğlub olub.

8️0️ kq
Nicat Yeylaqaliyev çexiyalı Jaçim Jaburekə (8:0), yunanıstanlı Stefanos Vasdekisə (6:1) və gürcüstanlı Giorgi Ormotsadzeyə (9:0) qalib gələrək yarımfinala yüksəlib. Güləşçimiz yarımfinalda litvalı Benediktas Bubeleviçyusla qarşılaşıb. Görüş 1:1 hesabı ilə yekunlaşıb. Rəqib güləşçi son xal prinsipinə görə finala yüksəlib.

1️1️0️ kq
Rihad İbrahimli belaruslu Matvey Silişə (5:1) və polşalı Mateuş Tomelkaya (11:2) qalib gələrək yarımfinala vəsiqə qazanıb. O, finala gedən yolda ukraynalı Anatoli Novaçenkoyla üz-üzə gəlib. 4:1 hesabı ilə qalib gələn təmsilçimiz finala yüksələib. Rihadın rəqibi Denis Lazarov (Bolqarıstan) olacaq.

Qeyd edək ki, Avropa çempionatında I dərəcəli hakim Vüqar Şükürov ədaləti qoruyur.

Müəllif: Sport1.az