son dəqiqə SON DƏQİQƏ
Bakıda karate üzrə seminar baş tutub Argentina millisinin üzvü “İpsviç”də Sona Ağayeva Dünya Çempionatının 1/8 finalında Messinin komandasında baş məşqçi dəyişikliyi “Çelsi”nin futbolçusu La Liqa klubunda Oxatanlarımızdan Belarusda 2 medal Ölkə çempionatı keçiriləcək UEFA Konfrans Liqası: Əsas mərhələnin püşkü atılıb "İmişli" Dekonu transfer edib Azərbaycan II Liqası: 1-ci turun oyun cədvəli açıqlanıb Avropa Liqası: Əsas mərhələnin püşkatma mərasimi keçirilib Zamiqin komandasının rəqibləri müəyyənləşib - Murad Məmmədovun komandasının əsas raunddakı rəqibləri bəlli olub "Sabah"ın məğlub etdiyi komanda AL-da Türkiyə nəhənginə rəqib oldu "Neftçi"nin yetirməsi "Şəmkir"də Cüdoçularımızdan uğursuz start Lazımsız yerdə tələsən AFFA Fransadakı beynəlxalq turnirdə üç idmançı Azərbaycanı təmsil edəcək Turun mərkəzi qarşılaşmasının hakim təyinatları açıqlanıb "Gəncə"də daha bir legioner "Koreya Səfiri Kuboku" keçiriləcək KL: Əsas mərhələdə Muradın komandasının rəqibləri bəlli olur Qavalayaq! UEFA Avropa Liqasının əsas mərhələsinin püşkatması olacaq Cüdoçularımız Sarayevodakı beynəlxalq turnirdə iştirak edəcəklər Azərbaycan çempionu heyətinə daha bir oyunçu cəlb edib Polşalılar Puxaçı "Sabah"a keçdiyi üçün təhqir edib - "Böyük Dəbilqə": Cüdoçularımız bu gün mübarizəyə start verirlər

Musa Qurbanlı hakimlərə üsyan etdi: "Təkrarı elə verdilər ki..." – MÜSAHİBƏ

Bölmə adı Premyer Liqa / Manşet
Yayımlandı 21-03-2026, 00:27

Misli Premyer Liqasının 25-ci turunda "Kəpəz" "Qarabağ"ı məğlub etdi - 1:0.


Oyundan sonra Ağdam təmsilçisinin hücumçusu Musa Qurbanlı Sport1.az-ın suallarını cavablandırdı.


Həmin müsahibəni təqdim edirik...


– Oyunla bağlı fikirlərin maraqlıdır...

– Qələbə qazanmağımız çox vacib idi. Çempionluq yolunda belə nəticə istəməzdik. Oyuna qələbə üçün çıxmışdıq və qazanmalı idik. Amma alınmadı. Günahı ilk növbədə özümüzdə axtarmalıyıq. Çalışacağıq ki, başımızı aşağı salmayaq.


– “Kəpəz”lə oyunlarda ardıcıl uğursuz nəticələrin səbəbini nədə görürsən?

– Rəqibin də haqqını vermək lazımdır. Həm bu oyunda, həm də əvvəlki matçda yaxşı mübarizə apardılar. Cəsarətli oynadılar. Amma bizim də çatışmazlıqlarımız oldu. Qələbə qazana bilməmişiksə, deməli, səhvlərimiz var. Yenə deyirəm, günahı özümüzdə axtarmalıyıq və üzərində işləməliyik.


– Penalti epizodu ilə bağlı nə deyə bilərsən? Hakim haqlı idi?

– Penalti epizodunu təkrar izləmək imkanım oldu. Məncə, deyiləsi bir şey yoxdur. Hər şey göz qabağında idi. Bir yox, iki epizod oldu. Digər epizodda təkrarı elə verdilər ki, görünməsin. Ondan əvvəl orada cərimə zərbəsi oldu, onu isə beş fərqli rakursdan göstərdilər. Penalti epizodu isə bir az şübhəli idi, tez-bazar keçib getdi. Yenə deyirəm, nə edək, bu, bizim əlimizdə olan bir şey deyil. Penalti hakimlikdir. Biz isə öz səhvlərimizə baxmalı, günahı özümüzdə axtarmalıyıq.


– Çempionluq mübarizəsinin bitdiyini demək olarmı?

– Xeyr! Çempionluq yarışının bitdiyini demək olmaz. Həmişə sonadək mübarizə aparmağın tərəfdarıyam. Riyazi şansımız qaldığı müddətdə maksimum dərəcədə vuruşacağıq.


MİRZƏ SAKİT

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR