son dəqiqə SON DƏQİQƏ
Messinin komandasında baş məşqçi dəyişikliyi “Çelsi”nin futbolçusu La Liqa klubunda Oxatanlarımızdan Belarusda 2 medal Ölkə çempionatı keçiriləcək UEFA Konfrans Liqası: Əsas mərhələnin püşkü atılıb "İmişli" Dekonu transfer edib Azərbaycan II Liqası: 1-ci turun oyun cədvəli açıqlanıb Avropa Liqası: Əsas mərhələnin püşkatma mərasimi keçirilib Zamiqin komandasının rəqibləri müəyyənləşib - Murad Məmmədovun komandasının əsas raunddakı rəqibləri bəlli olub "Sabah"ın məğlub etdiyi komanda AL-da Türkiyə nəhənginə rəqib oldu "Neftçi"nin yetirməsi "Şəmkir"də Cüdoçularımızdan uğursuz start Lazımsız yerdə tələsən AFFA Fransadakı beynəlxalq turnirdə üç idmançı Azərbaycanı təmsil edəcək Turun mərkəzi qarşılaşmasının hakim təyinatları açıqlanıb "Gəncə"də daha bir legioner "Koreya Səfiri Kuboku" keçiriləcək KL: Əsas mərhələdə Muradın komandasının rəqibləri bəlli olur Qavalayaq! UEFA Avropa Liqasının əsas mərhələsinin püşkatması olacaq Cüdoçularımız Sarayevodakı beynəlxalq turnirdə iştirak edəcəklər Azərbaycan çempionu heyətinə daha bir oyunçu cəlb edib Polşalılar Puxaçı "Sabah"a keçdiyi üçün təhqir edib - "Böyük Dəbilqə": Cüdoçularımız bu gün mübarizəyə start verirlər I Liqa klubunda legioner hücumçu "Sumqayıt"ın ənənəvi Yay Futbol Düşərgəsinə start verilib - AÇ: Yığmamız sonuncu oyuna çıxır

"Neftçi" - 89

Bölmə adı Premyer Liqa
Yayımlandı 18-03-2026, 13:02

“Neftçi” klubunun yaradılmasından 89 il ötür.


Sport1.az xəbər verir ki, Azərbaycanın ən köklü klubu 1937-ci ildə yaradılıb, 1968-ci ilədək “Neftyanik” adlandırılıb.


 Rəngləri “ağ-qara” olan komandanın “Flaqman”, “Xalq komandası” və “Neftçilər” kimi ləqəbləri var. “Neftçi” yaradıldığı 1937-ci ildə SSRİ çempionatında çıxış edib. İlk dəfə 1949-cu ildə SSRİ çempionatının Güclülər dəstəsində iştirak etmək hüququ qazanan “Flaqman” 1950, 1960-1972, 1977-1988-ci illərdə də bu dəstədə mübarizə aparıb.


 Komanda bu dönəmdə ən böyük uğuruna 1966-cı ildə 3-cü yeri tutaraq bürünc medallar qazanmaqla imza atıb. “Ağ-qaralar” 1967, 1968, 1970, 1971-ci illərdə SSRİ Kubokunun yarımfinalçısı, 1988-ci ildə isə SSRİ Futbol Federasiyası Kubokunun finalçısı olub.


Ölkədə ən böyük azarkeş ordusuna malik olan “Neftçi” 9 dəfə – 1992, 1996, 1997, 2004, 2005, 2011, 2012, 2013 və 2021-ci illərdə Azərbaycan çempionatının qızıl medallarına sahib çıxıb. “Xalq komandası” 6 dəfə ölkə kubokunun (1995, 1996, 1999, 2004, 2013, 2014), 2 dəfə isə Superkubokun (1993, 1995) qalibi olub. 2006-cı ildə isə “Birlik Kuboku”nu başı üzərinə qaldırıb. “Neftçi” 2012/13 mövsümündə UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla Azərbaycan futbolu tarixində ilkə imza atıb.


Müəllif: Mirze