son dəqiqə SON DƏQİQƏ
Braziliyalı müdafiəçi “Karvan-Yevlax”da Vətəninə qayıtdı “Qarabağ” - “Tvente”: İngiltərədə klubunu dəyişdi Prezident İlham Əliyev “Sabah”a 5 milyon manat ayırdı "Şəmkir"dən hücumçu transferi Millimizin üzvü klubunu dəyişib Bu davranış Azərbaycan millisinin kapitanına yaraşmadı! - Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı "Sabah" "Yuventus"a məğlub olub U-17 Dünya Çempionatı: Təsnifat mərhələsinin görüşləri başa çatıb Milli komanda Fransaya yollanıb II Liqa klubundan yeni transfer Muradın və Mahirin komandaları əsas raundun bir addımlığında "Marafon"dan daha bir transfer "Qarabağ" azarkeşlərinin "Böyük Dəbilqə" turnirində iştirak edəcək idmançılarımız müəyyənləşib Niderland Belçika ilə üz-üzə, Portuqaliya Rumıniyaya qarşı Günün oyunları: UEFA Avropa Liqasında pley-offun cavab oyunları keçirilir -

“Neftçi”nin futbolçusu ümidlidir: “Hələ də şansımız var” – MÜSAHİBƏ

Bölmə adı Premyer Liqa / Manşet
Yayımlandı 10-03-2026, 21:19

Misli Premyer Liqasının 23-cü turunda "Neftçi" doğma meydanda "Turan-Tovuz"a məğlub oldu - 0:1.



Qarşılaşmadan sonra "ağ-qaralar"ın üzvü İmad Faraj Sport1.az-ın suallarını cavablandırdı...



Oyun haqqında fikirləriniz?

– İlk hissədə daha yaxşı oynadıq. Bir neçə şansımız oldu, amma onları dəyərləndirə bilmədik. İkinci yarıda isə rəqib demək olar ki, bir real imkan əldə etdi və onu da qola çevirdi.


– Məğlub durumda idiniz, amma oyunun son dəqiqələrində iki dəfə yerə yıxıldınız. Ciddi zədə aldınız?

– Xeyr, sadəcə qıcolma baş vermişdi. Oyunun son dəqiqələrində hiss etdim. Ciddi bir şey yoxdur.


– Əsas rəqibləriniz xal itirəndə komanda olaraq bundan istifadə edə bilmirsiniz. Bunun səbəbi nədir?

– Açığı, xüsusi bir səbəbi yoxdur. Dediyim kimi, ilk hissədə daha yaxşı oynadıq. Belə oyunları geri çevirmək çətin olur. Ona görə də gələcək qarşılaşmalarda çətin vəziyyətə düşməmək üçün əlimizdən gələni edəcəyik.


– Bu məğlubiyyətdən sonra avrokubok hədəfi haqqında danışmaq hələ də realdır?

– Bizim əsas məqsədimiz oyunları qazanmaqdır. Amma nəzərə alsaq ki, bu tur "Zirə", "Araz-Naxçıvan", "Sumqayıt" xal itirdi, düşünürəm ki, hələ də şansımız var.


MƏHƏMMƏD HÜSEYNOV

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR