
“Sumqayıt” Futbol Akademiyasının “Talant qrupu” layihəsi davam edir.
Sport1.az xəbər verir ki, layihə çərçivəsində müxtəlif yaş qruplarında çıxış edən istedadlı uşaqlar üçün fərdi inkişaf, ingilis dili, şahmat və digər sahələr üzrə dərslər təşkil olunur.
Ötən həftə keçirilən ingilis dili dərslərində “Sumqayıt”ın əsas komandasının müdafiəçisi Suliman da iştirak edib. İngiltərə doğumlu pakistanlı futbolçu gənc oyunçularla görüşərək öz təcrübələrini bölüşüb.


