son dəqiqə SON DƏQİQƏ
“Qarabağ”ın matçı Braziliyalı müdafiəçi “Karvan-Yevlax”da Vətəninə qayıtdı “Qarabağ” - “Tvente”: İngiltərədə klubunu dəyişdi Prezident İlham Əliyev “Sabah”a 5 milyon manat ayırdı "Şəmkir"dən hücumçu transferi Millimizin üzvü klubunu dəyişib Bu davranış Azərbaycan millisinin kapitanına yaraşmadı! - Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı "Sabah" "Yuventus"a məğlub olub U-17 Dünya Çempionatı: Təsnifat mərhələsinin görüşləri başa çatıb Milli komanda Fransaya yollanıb II Liqa klubundan yeni transfer Muradın və Mahirin komandaları əsas raundun bir addımlığında "Marafon"dan daha bir transfer "Qarabağ" azarkeşlərinin "Böyük Dəbilqə" turnirində iştirak edəcək idmançılarımız müəyyənləşib Niderland Belçika ilə üz-üzə, Portuqaliya Rumıniyaya qarşı Günün oyunları:

“Oyunçular cərimələnəcək, bu qərarı klub prezidenti verir” – Demçenko

Bölmə adı Premyer Liqa
Yayımlandı 8-03-2026, 21:43

Misli Premyer Liqasının 23-cü turunda “Araz-Naxçıvan” səfərdə “Qarabağ” önündə darmadağın oldu - 0:6.


Sport1.az xəbər verir ki, oyunsonrası mətbuat konfransında qonaqların çalışdırıcısı Andrey Demçenko media önünə çıxıb.


“Qarabağ”ı qələbə münasibəti ilə təbrik edirəm. Çox yaxşı oynadılar. Onlar istədikləri hər şeyi edə bildilər. Bizim fikrimiz daha başqa idi. Pressinq edib, onları topsuz saxlamaq istəyirdik. Hansısa futbolçu bunu etməyəndə bu bütün komandaya təsir edir. Birinci qol oyunumuza təsir etdi. Qapıçımız topu götürməliydi, səhv etdi. Belə olanda rəqibə özgüvən verirsən, nəticəyə təsir edir. Azarkeşlərimizdən üzr istəyirəm. Onlar bugünkü məyusluğa layiq deyildilər. Futbolu bütün komanda oynamalıdı. Bizim futbolçuların bəziləri oynamaq istəyirdi, bəziləri yox. Təkcə oyunçuların yox, məşqçilərin də səhvi var”.


- Hədəfiniz avrokuboklardı. “Şamaxı” və “Karvan-Yevlax”a qarşı oyunlarınız var qarşıda. Bu matçları həlledici hesab edirsiz?

- Düzdü, bu məğlubiyyətdən sonra toparlanmaq çətin olacaq, amma çalışacağıq.


- Sizin ən böyük səhviniz elə “Qarabağ”a qarşı topla oynamaq istəyi deyildi? Çünki sübut olundu ki, bunu bacarmadız.

- “Qarabağ” kimi komandaya qarşı oynamaq asan deyil. Futbolçularda da narahatlıq olur, oyun alınmır. Çəkinirlər.


- Oynamaq istəməyən futbolçularla bağlı “ölçü götürmək” fikriniz var?

- Komandanı bir yerə yığıb səhvlərimizi axtarmalıyıq. Oyunçular cərimənəcək, bu qərarı klub prezidenti verir.


- Ola bilər ki, futbolçular sizə görə bilərəkdən oynamaq istəmir? Çünki “Qarabağ” kimi komandaya qarşı oynamaq əlavə motivasiya olmalıdı.

- Bizim fəlsəfəmiz eynidi. Bütün komandala qarşı eyni oyun göstərmək istəyirik. Hərdən belə də olur.


- Komandanın ev oyunlarını Bakıda keçirməsinin nəticəyə təsiri var? Ukraynada Donetsk təmsilçisinin ev oyunlarını Kiyevdə oynamasına necə reaksiya göstərərdilər?

- Harda oynamağımızın fərqi yoxdu. Çox komanda var ki, Bakıda məşq edir, burda da oynayır.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR