son dəqiqə SON DƏQİQƏ
Braziliyalı müdafiəçi “Karvan-Yevlax”da Vətəninə qayıtdı “Qarabağ” - “Tvente”: İngiltərədə klubunu dəyişdi Prezident İlham Əliyev “Sabah”a 5 milyon manat ayırdı "Şəmkir"dən hücumçu transferi Millimizin üzvü klubunu dəyişib Bu davranış Azərbaycan millisinin kapitanına yaraşmadı! - Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı "Sabah" "Yuventus"a məğlub olub U-17 Dünya Çempionatı: Təsnifat mərhələsinin görüşləri başa çatıb Milli komanda Fransaya yollanıb II Liqa klubundan yeni transfer Muradın və Mahirin komandaları əsas raundun bir addımlığında "Marafon"dan daha bir transfer "Qarabağ" azarkeşlərinin "Böyük Dəbilqə" turnirində iştirak edəcək idmançılarımız müəyyənləşib Niderland Belçika ilə üz-üzə, Portuqaliya Rumıniyaya qarşı Günün oyunları: UEFA Avropa Liqasında pley-offun cavab oyunları keçirilir -

Nihat Əhmədzadə "Sumqayıt"da nə baş verdiyini anlamır - MÜSAHİBƏ

Bölmə adı Premyer Liqa / Manşet
Yayımlandı 8-03-2026, 11:49

Misli Premyer Liqasının 23-cü turu çərçivəsində "Karvan-Yevlax" doğma meydanda "Sumqayıt" ilə heç-heçə etdi - 1:1.


Sport1.az xəbər verir ki, qarşılaşmadan sonra "kimyaçılar"ın üzvü Nihad Əhmədzadə jurnalistlərin suallarını cavablandırdı.


Həmin müsahibəni təqdim edirik... 

 

Komanda artıq 5 oyundur qələbə qazana bilmir. Bu düşüşün səbəbi nədir?

– Açığı, biz də tam olaraq başa düşə bilmirik nə baş verir. Necə oldu ki, belə bir vəziyyətə gəldik? Anlamıram.


Birinci dövrədə “Sumqayıt” çox yaxşı performans göstərirdi. Nə dəyişdi ki, komanda bu qədər enişə getdi?

– Rəqiblər getdikcə güclənir. Eyni zamanda öz performansımızda da müəyyən eniş hiss olunur. Düşünürəm ki, əsas səbəblər bunlardır.


Baş məşqçiniz akademiya yetirmələrinə daha çox şans veriləcəyini deyir. Bunu onlar üçün imkan hesab edirsiniz?

– Bəli, əlbəttə. Bu, bizim üçün yaxşı fürsətdir. Məşqçinin etimadını qazanmaq üçün əlimizdən gələni edəcəyik. Hər oyunda daha yaxşı nəticə göstərməyə çalışırıq.


Azarkeşlərin etirazları gün keçdikcə daha da sərtləşir. Onlara nə demək istəyirsiniz?

– Azarkeşlərimizi başa düşürük. Biz də qələbə qazanmaq istəyirik. Komanda olaraq əlimizdən gələni edirik. Bəzən istədiyimiz nəticəni əldə edə bilmirik. Artıq 5 oyundur qələbə yoxdur, amma çalışırıq ki, əlimizdən gələni ən yaxşısını edək.


MƏHƏMMƏD HÜSEYNOV

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR