son dəqiqə SON DƏQİQƏ
Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bəlli oldu “Qarabağ”ın matçı Braziliyalı müdafiəçi “Karvan-Yevlax”da Vətəninə qayıtdı “Qarabağ” - “Tvente”: İngiltərədə klubunu dəyişdi Prezident İlham Əliyev “Sabah”a 5 milyon manat ayırdı "Şəmkir"dən hücumçu transferi Millimizin üzvü klubunu dəyişib Bu davranış Azərbaycan millisinin kapitanına yaraşmadı! - Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı "Sabah" "Yuventus"a məğlub olub U-17 Dünya Çempionatı: Təsnifat mərhələsinin görüşləri başa çatıb Milli komanda Fransaya yollanıb II Liqa klubundan yeni transfer Muradın və Mahirin komandaları əsas raundun bir addımlığında "Marafon"dan daha bir transfer "Qarabağ" azarkeşlərinin "Böyük Dəbilqə" turnirində iştirak edəcək idmançılarımız müəyyənləşib Niderland Belçika ilə üz-üzə, Portuqaliya Rumıniyaya qarşı

Füzuli Məmmədov ümidlidir: "Kəpəz"lə matça qədər fərqi azaltmalıyıq"

Bölmə adı Premyer Liqa
Yayımlandı 7-03-2026, 17:52

Misli Premyer Liqasının 23-cü turunda "Karvan-Yevlax" "Sumqayıt"la heç-heçə etdi - 1:1.


Sport1.az xəbər verir ki, oyundan sonra meydan sahiblərinin baş məşqçisi Füzuli Məmmədov mətbuat konfransında iştirak etdi.


Mütəxəssis görüş haqda fikirlərini səsləndirdikdən sonra jurnalistlərin suallarını cavablandırdı:


"Maraqlı oyun alındı. İki tərəf də meydanda mübarizə apardı. Futbolçularımın döyüşkənliyi məni sevindirdi. Çox çalışırıq ki, qol buraxmayaq. Təəssüf ki, oyun ərzində rəqib çox qol epizodu yaratmadı, amma diqqətsizliyimizdən penalti qazandılar. Bizim daha yaxşı imkanlarımız var idi. Daha erkən qol vura bilərdik. Futbolçuların döyüşkənliyinə görə onlara təşəkkür etdim. Qələbəyə köklənmişdik. Futbolçular da çox istəkli idilər".


Ardıcıl iki oyunda xal qazandınız. Liqada qalmaq ümidləri artıb?

– Futbolçular, məşqçilər korpusu işə çox ciddi yanaşır. Bu gün də qələbəyə çox inanırdıq. Geri düşəndən sonra qələbə çətin olur. Yaxşıdır ki, ardıcıl iki oyundur, məğlub olmur. Fərqi aradan qaldırmaq üçün qələbəyə ehtiyac var.


Qarşıda “Zirə”, “Araz-Naxçıvan”, “Qarabağ” və “Kəpəz”lə görüşlər var. Bu qrafik komandaya necə təsir edəcək?

– “Araz-Naxçıvan”la burda da oynayanda pis oynamamışdıq. Sadəcə keyfiyyət matçın taleyini həll etmişdi. Oyunlara ciddi hazırlaşacağıq. “Kəpəz”lə matça qədər fərqi azaltmalıyıq. Çalışacağıq ki, qələbələr qazanaq.


Yaxşı qapıçı komandanın yarısıdır. Sizcə, Pedro Mateus yarıdan daha çox deyil?

– Pedro özünü yaxşı tərəfdən göstərir. Burda qapıçı məşqçinin də işini dəyərləndirmək lazımdır. Kritik seyvlər edir, amma komandanın da əziyyətini yerə salmaq olmaz.


Araz Abdullayevin durumu necədir?

– Zədədən qayıdandan sonra yenidən ağrılar hiss edib. Yaxşı müalicə keçib. Komandayla iki məşqə çıxıb. Çox çalışmalıdır ki, komandaya kömək ola bilsin.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR