son dəqiqə SON DƏQİQƏ
Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bəlli oldu “Qarabağ”ın matçı Braziliyalı müdafiəçi “Karvan-Yevlax”da Vətəninə qayıtdı “Qarabağ” - “Tvente”: İngiltərədə klubunu dəyişdi Prezident İlham Əliyev “Sabah”a 5 milyon manat ayırdı "Şəmkir"dən hücumçu transferi Millimizin üzvü klubunu dəyişib Bu davranış Azərbaycan millisinin kapitanına yaraşmadı! - Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı "Sabah" "Yuventus"a məğlub olub U-17 Dünya Çempionatı: Təsnifat mərhələsinin görüşləri başa çatıb Milli komanda Fransaya yollanıb II Liqa klubundan yeni transfer Muradın və Mahirin komandaları əsas raundun bir addımlığında "Marafon"dan daha bir transfer "Qarabağ" azarkeşlərinin "Böyük Dəbilqə" turnirində iştirak edəcək idmançılarımız müəyyənləşib Niderland Belçika ilə üz-üzə, Portuqaliya Rumıniyaya qarşı

PFL məlumat yaydı: "Qarabağ" - "Sabah" matçında 2 rekord qeydə alınıb

Bölmə adı Premyer Liqa
Yayımlandı 2-03-2026, 10:16

Azərbaycan çempionatlarının yüksək liqası tarixində 18-ci dəfə 6 və ya daha çox qolun vurulduğu qarşılaşmada heç-heçə qeydə alınıb.


Sport1.az xəbər verir ki, məlumatı PFL-in rəsmi saytı yayıb. Bu, Misli Premyer Liqasının XXII turuna təsadüf edib. “Qarabağ” – “Sabah” görüşü 3:3 hesabı ilə başa çatıb.


1992-ci ildən keçirilən turnirin ən məhsuldar heç-heçələri siyahısında 1 dəfə 6:6, 1 dəfə 4:4, 16 dəfə 3:3 hesabı var.


İlk dəfə eyni cüt arasında 2 belə məhsuldar heç-heçə qeydə alınıb. “Qarabağ”la “Sabah” 2023/24 mövsümündə də dueldən 3:3 hesablı heç-heçə ilə ayrılıb. Həmin vaxt da komandaların görüşü indiki kimi XXII tura təsadüf edib. 2024-cü il fevralın 11-də keçirilən görüş də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub.


Bunadək heç-bir cütün bir-biri ilə iki matçında 6 və ya daha çox qollu heç-heçə olmamışdı. Hər iki sülh “Qarabağ”ın meydanında gerçəkləşib.


“Sabah” tarixində 4-cü dəfə Premyer Liqa matçında məhsuldar heç-heçə etməklə “Kəpəz” və “Turan”a məxsus rekordu təkrarlayıb. “Qarabağ” isə yalnız bu rəqiblə görüşlərdə 3 və ya daha çox qol vuraraq 1 xal qazanıb.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR