son dəqiqə SON DƏQİQƏ
Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bəlli oldu “Qarabağ”ın matçı Braziliyalı müdafiəçi “Karvan-Yevlax”da Vətəninə qayıtdı “Qarabağ” - “Tvente”: İngiltərədə klubunu dəyişdi Prezident İlham Əliyev “Sabah”a 5 milyon manat ayırdı "Şəmkir"dən hücumçu transferi Millimizin üzvü klubunu dəyişib Bu davranış Azərbaycan millisinin kapitanına yaraşmadı! - Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı "Sabah" "Yuventus"a məğlub olub U-17 Dünya Çempionatı: Təsnifat mərhələsinin görüşləri başa çatıb Milli komanda Fransaya yollanıb II Liqa klubundan yeni transfer Muradın və Mahirin komandaları əsas raundun bir addımlığında "Marafon"dan daha bir transfer "Qarabağ" azarkeşlərinin "Böyük Dəbilqə" turnirində iştirak edəcək idmançılarımız müəyyənləşib Niderland Belçika ilə üz-üzə, Portuqaliya Rumıniyaya qarşı

"Son 20 dəqiqədə "Qarabağ"ın təcrübəsi meydanda danışdı" – Dambrauskas

Bölmə adı Premyer Liqa
Yayımlandı 1-03-2026, 22:06

"Sabah" Misli Premyer Liqasının 22-ci turunda səfərdə "Qarabağ"la 3:3 hesablı heç-heçə edib.


Sport1.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Valdas Dambrauskas matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:


"Oyundan öncə məşqçilər heyəti ilə danışarkən deyirdik ki, matç hesab 3:3 bitə bilər. Əfsuslar olsun ki, hesadab 3:0 öndə olsaq da, bu üstünlüyü sona qədər qoruyub-saxlaya bilmədik. Düzdür, bizə çətin idi. Burada "Qarabağ"ın təcrübəsi öz rolunu oynadı. Son 20 dəqiqə onların təcrübəsi meydanda danışdı. Biz çox üzgünük. 3:0 öndəsənsə, necəsə yolunu tapıb sona qədər üstünlüyü saxlamaq lazım idi. Amma təəssüf ki, bunu edə bilmədik. Bu, bizim üçün yaxşı dərsdir, bundan nəticə çıxarmalıyıq. Qarşıda kubok matçı var, çempionat oyunları olacaq. Bu mənada, belə vəziyyətə düşdükdə, artıq daha yaxşı hazırlıqlı olmalıyıq, düzgün oynamalıyıq. Hər iki komandanı bugünkü oyuna görə təbrik edirəm. 70-ci dəqiqəyə qədər hesabda öndə olsaq da, rəqib son 20 dəqiqədə gözəl geridönüş edərək, hesabı bərabərləşdirdi. Soyuq havada stadiona gələn azarkeşlərə təşəkkür edirəm. Gəlməyənlərə görə də çox üzgünəm. Hələ də tribunada boş yerlər var idi. Bəzən çempionatda bu cür oyunlar Çempionlar Liqası matçlarından daha maraqlı, daha gərgin alınır. Demək olar ki, bu oyunda hər şey var idi: intriqa, dram".


- İki xal itirdiniz, yoxsa bir xal qazandınız?


- Oyundan qabaq soruşsaydınız, fərqli cavab verərdim. Amma hesab 3:0 olduqdan sonra güzgüyə baxırıq və məyusuq. Biz xalları itirdik. Ona görə də "Qarabağ"ı gözəl geridönüşü reallaşdırdığı üçün təbrik etdim. Bu oyundan nəticələr çıxarmalıyıq. Ümid edirəm ki, bir daha belə səhvlərimiz olmayacaq.


- Köməkçilərinizdən biri Azərbaycan futbolunun əfsanələrindən sayılan Müşfiq Hüseynova qarşı qeyri-etik hərəkət etdi. Onu cəzalandırmağı düşünürsüz?


- Əlbəttə ki, biz üzr istədik. Sözün açığı, o anı görməmişdim. Çünki meydançaya köklənmişdim. Bir də gördüm ki, hər iki komandanın ehtiyat skamyası ayağa qalxıb və orada nəsə baş verib. "Sabah" olaraq biz heç vaxt bu cür məsələlərə haqq vermirik. Bizim üçün hörmət çox önəmlidir. Biz feyr-pley qaydalarının hamısına riayət edirik.


- Çempionluq uğrunda mübarizə aparan komanda 12 dəqiqəyə 3 qol buraxdı. Bunun səbəbini necə izah edə bilərsiz?


- Mən artıq bunu başa saldım. Konsentrasiya əskikliyi, təcrübə və rəqib...


- Xəyal Əliyevin fasilədə əvəzlənməsi nə ilə əlaqədar idi?


- Məcburi əvəzetmə idi. Sağlamlığı ilə bağlı idi. Hətta dünən onun bu gün start heyətində meydana çıxması sual altında idi.


- Son dəqiqələrdə baş hakimin qərarlarına iradlarınızı bildirirdiniz. Sizcə, hakim idarəçiliyi necə idi?


- Hər nə desəm də, bunun önəmi yoxdur. Çünki Hakimlər Komitəsinin sədri var və onların səhvlərindən məsuldur. Səhvlərinə baxırlar. Hər birimiz insanıq. Səmimi şəkildə ümid edirəm ki, istəyərəkdən səhv olmayıb, hər kəs səhv edə bilər. Bundan artıq şərh demək istəmirəm. Çünki matç da artıq başa çatıb. Mən öz oyunçularımı təhlil etməliyəm, onların səhvində məsuliyyətim var, hakimlərin səhvlərində də Hakimlər Komitəsinin.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR