son dəqiqə SON DƏQİQƏ
Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bəlli oldu “Qarabağ”ın matçı Braziliyalı müdafiəçi “Karvan-Yevlax”da Vətəninə qayıtdı “Qarabağ” - “Tvente”: İngiltərədə klubunu dəyişdi Prezident İlham Əliyev “Sabah”a 5 milyon manat ayırdı "Şəmkir"dən hücumçu transferi Millimizin üzvü klubunu dəyişib Bu davranış Azərbaycan millisinin kapitanına yaraşmadı! - Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı "Sabah" "Yuventus"a məğlub olub U-17 Dünya Çempionatı: Təsnifat mərhələsinin görüşləri başa çatıb Milli komanda Fransaya yollanıb II Liqa klubundan yeni transfer Muradın və Mahirin komandaları əsas raundun bir addımlığında "Marafon"dan daha bir transfer "Qarabağ" azarkeşlərinin "Böyük Dəbilqə" turnirində iştirak edəcək idmançılarımız müəyyənləşib Niderland Belçika ilə üz-üzə, Portuqaliya Rumıniyaya qarşı

Qvardiola: “Dinlərə hörmət edin!”

Bölmə adı İngiltərə
Yayımlandı 1-03-2026, 12:19

“Mançester Siti”in baş məşqçisi Pep Qvardiola “Lids Yunayted” azarkeşlərinə sərt reaksiya verib.


Sport1.az xəbər verir ki, İngiltərə Premyer Liqasının matçında “Lids Yunayted”lə “Mançester Siti” üz-üzə gəlib (0:1). Qarşılaşma zamanı Ramazan ayı ilə əlaqədar oruc tutan müsəlman futbolçuların iftar açması üçün oyuna qısa fasilə verilib. Bu qərar ev sahibi komandanın bəzi azarkeşlərinin narazılığına səbəb olub.


Matçdan sonra “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola baş verənlərə münasibət bildirib:


“Ramazan səbəbindən oruc tutan insanlar var. Niyə oyuna 1-2 dəqiqə fasilə veriləndə fitə basırsınız? Dinlərə hörmət göstərin! Müasir dünyada yaşayırıq, elə deyilmi? Dünyada nələr baş verdiyini baxın. Bu gün nələrin olduğunu izləyin. Məsələ bütün dinlərə hörmət göstərməkdir. Problem nədir?”


Qeyd edək ki, ispaniyalı mütəxəssis daha əvvəl də müsəlmanlara qarşı baş verən hadisələrlə bağlı mövqeyini açıq şəkildə ifadə edərək dəstək qazanmışdı.

Müəllif: Nihat
OXŞAR XƏBƏRLƏR