son dəqiqə SON DƏQİQƏ
Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bəlli oldu “Qarabağ”ın matçı Braziliyalı müdafiəçi “Karvan-Yevlax”da Vətəninə qayıtdı “Qarabağ” - “Tvente”: İngiltərədə klubunu dəyişdi Prezident İlham Əliyev “Sabah”a 5 milyon manat ayırdı "Şəmkir"dən hücumçu transferi Millimizin üzvü klubunu dəyişib Bu davranış Azərbaycan millisinin kapitanına yaraşmadı! - Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı "Sabah" "Yuventus"a məğlub olub U-17 Dünya Çempionatı: Təsnifat mərhələsinin görüşləri başa çatıb Milli komanda Fransaya yollanıb II Liqa klubundan yeni transfer Muradın və Mahirin komandaları əsas raundun bir addımlığında "Marafon"dan daha bir transfer "Qarabağ" azarkeşlərinin "Böyük Dəbilqə" turnirində iştirak edəcək idmançılarımız müəyyənləşib Niderland Belçika ilə üz-üzə, Portuqaliya Rumıniyaya qarşı

"Bu vəziyyətdə penalti qərarı verilməməli idi" – "Neftçi" rəsmisi

Bölmə adı Premyer Liqa / Manşet
Yayımlandı 28-02-2026, 22:21

Misli Premyer Liqasının 22-ci turunda “Şamaxı” doğma meydanda “Neftçi” ilə heç-heçə etdi - 2:2.


Sport1.az xəbər verir ki, qarşılaşmadan sonra “ağ-qaralar"ın baş icraçı direktoru Cenk Sümer jurnalistlərə açıqlama verdi. 


Klub rəsmisi görüşlə bağlı bunları söylədi:


“Hər iki komandanı təbrik edirəm. Oyun şərtləri çox çətin idi. Həm stadionun durumu, həm də hava şəraiti baxımından çətinlik var idi. Oyunun müəyyən hissəsində göz gözü görmürdü. Komandamız əlindən gələni etdi. Bəzən istədiyin nəticəni əldə edə bilmirsən. Qələbə qazandığın matçda son saniyədə xal da itirə bilərsən. Amma yolumuza davam edirik, inkişaf dönəmindəyik. Müəyyən səhvlər olsa da, səfərdə üstəlik, asan olmayan rəqibə qarşı göstərdiyimiz oyundan məmnunam. Mövsümün sonunda məqsədlərimizə çatacağımıza inanıram”.


"Neftçi" rəsmisi hakim qərarları ilə bağlı sualı belə cavabladı:



“Referilərin çox diqqətli olmaları lazımdır. Bu, təkcə bizə yox, bütün komandalara qarşı ədalətli yanaşma deməkdir. Federasiya hakimliklə bağlı ciddi işlər görür. Hakimlər Komitəsi mütəmadi dərslər təşkil edir. Biz də bunun nəticəsi olaraq daha düzgün qərarlar gözləyirik. İlk qolda bariz ofsayt var idi. İkinci epizodda isə ilk anda açıq-aşkar qayda pozuntusu olduğunu düşünürəm. Penalti epizodunda bizim oyunçu əvvəlcə topa müdaxilə edir, daha sonra rəqib təmas yaradır. Bu vəziyyətdə penalti qərarı verilməməli idi. Baş hakim epizodu görərək əvvəlcə bizim xeyrimizə qərar verdi, lakin VAR-ın müdaxiləsindən sonra penalti təyin olundu. Məncə, bu qərar düzgün deyildi. Təbii ki, belə məqamlar bizi üzür. Amma bu hallar bizi yolumuzdan döndərməyəcək. Qarşıdakı oyunlara fokuslanmışıq və avrokuboklara vəsiqə qazanmaq üçün mübarizəni davam etdirəcəyik”.


Cenk Sümer “Neftçi”nin hücumçusu Abubakarın performansını da dəyərləndirdi:


“Demişdim ki, gəlir, toxunur və qol olur. Cümləmi bitirdim və yenə fərqləndi. Abubakar üzərinə düşən işi görən peşəkar futbolçudur. Təkcə “Neftçi” yox, Azərbaycan futbolu üçün də böyük şansdır. Belə səviyyəli oyunçuların liqamıza gəlməsi asan məsələ deyil. Onların burada göstərdiyi performans məni həm klub nümayəndəsi, həm də futbol adamı kimi sevindirir. Ümid edirəm ki, bu cür transferlərin davamı gələcək”.



MƏHƏMMƏD HÜSEYNOV

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR